Bakıda paralimpiya komitələrinin nümayəndələri ilə əməkdaşlıq müzakirə olunub | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) beynəlxalq və xarici ölkələrin milli paralimpiya komitələrinin rəhbər şəxslərindən ibarət nümayəndə heyəti ilə əməkdaşlığın genişləndirilməsi, birgə təşəbbüs və layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub.
Bu barədə "Hüquqinfo.az"a Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK) məlumat verilib.
Nümayəndə heyəti AMPK-nın yaradılmasının 30 illik yubileyinə həsr olunmuş tədbirdə iştirak etmək məqsədilə ölkəmizdə səfərdədir.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, reabilitasiyası və cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tərəflər həmçinin Beynəlxalq Paralimpiya Komitəsi və Avropa Paralimpiya Komitəsi ilə əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
