










Hüquqinfo.az bildirir ki,
Məşhur aktyor Tom Kruzun süni intellektin sürətli inkişafı fonunda incəsənətin və insan əməyinin gücündən bəhs edən emosional çıxışı gündəm olub.
Aktyora həyatını həsr etdiyi kino sənayesinə süni intellektin mümkün təsiri ilə bağlı sual ünvanlanıb:
“İnsandan vacib heç nə yoxdur. Kinozallar ilk növbədə insanları bir araya gətirərək tamaşaçılar üçün ortaq təcrübə yaradır. Mən striminqə və ya buna bənzər platformalara qarşı deyiləm. Filmi kinoteatrda izləmək sadəcə incəsənətin başqa bir formasıdır”.
“ABŞ-da mayın 1-dən Əmək Gününədək kinoteatrlardan əldə olunan gəlir 4,76 milyard dollar təşkil edərək yay mövsümünün rekord göstəricisinə çatıb. Bu rəqəmlər tamaşaçıların hələ də insanlar tərəfindən yaradılan hekayələrə baxmaq və real insan əməyini görmək istədiyini göstərir. İnsanlar bu təcrübəni yaşamaq istəyirlər. Onlar kinoteatrlara gedirlər. Mən həmişə insanlığa inanıram. Süni intellektin inkişafı qaçılmazdır və kino sənayesi bununla hesablaşmalı olacaq. Lakin bu, yaradıcı insanları dayandırmamalıdır. Süni intellekt qarşısında yaradıcılığımızı davam etdirməliyik”.








