Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran m...--:--
News
İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərə...--:--
News
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısın...--:--
News
Azərbaycan Las-Veqas, Dubay, Mayami kimi... - Emin Ağal...--:--
News
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azər...--:--
News
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran m...--:--
News
İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərə...--:--
News
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısın...--:--
News
Azərbaycan Las-Veqas, Dubay, Mayami kimi... - Emin Ağal...--:--
News
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azər...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

“Bu gün iki mühüm müqavilə imzalanacaq”

Bugün, 09:30
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq”.

“Hüquqinfo.az” Hüquqinfo.az-ya istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.

“Qazla bağlı isə bu gün Abşeron yatağının ikinci mərhələsinin işlənməsi haqqında müqavilə imzalanacaq. Bu layihə üç-dörd ildən sonra Azərbaycanda qaz hasilatının əlavə 5 milyard kubmetr artmasına səbəb olacaq”, – dövlət başçısı vurğulayıb.

Prezident İlham Əliyev qeyd edib ki, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox iş görülsə də, neft və qaz yenə də mühüm rol oynayacaq.

“Bu gün iki mühüm müqavilə imzalanacaq. Onlardan biri “Exxon” şirkəti ilə Azərbaycanda böyük potensiala malik qeyri-ənənəvi neft və qaz ehtiyatlarının işlənməsi ilə bağlıdır. Kəşfiyyat işləri uğurlu olarsa, bu, Azərbaycanda yeni neft-qaz bumuna səbəb ola bilər”, – Prezident deyib.

Dövlət başçısı hazırda Avro-Atlantik məkanda qalıq yanacaqlara münasibətdə əsas tendensiyanın dəyişdiyini bildirib. “Buna görə Prezident Trampa təşəkkür edirəm”, – Prezident İlham Əliyev əlavə edib. Prezident qeyd edib ki, müqavilələr bu il keçirilən Bakı Enerji Həftəsi zamanı da imzalanıb. Onun sözlərinə görə, neft-qaz sektoru yenə də ən cəlbedici sahələrdən biri, investisiyaların həcminə görə isə ən böyük seqment olacaq. “Bu, uzunmüddətli perspektiv üçün nəzərdə tutulub”, – dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev bildirib ki, regionda, o cümlədən daha geniş regionda əlavə enerji istehsalı gücünə malik ölkələrin sayı çox deyil. Ölkələrin əksəriyyətinin enerji çatışmazlığı ilə üzləşdiyini deyən Prezident onların enerji resurslarını xaricdən, o cümlədən Azərbaycandan aldığını qeyd edib. “Buna görə də bu üstünlük rəqəmsal inkişaf, məlumat mərkəzləri və süni intellektin inkişafı üçün istifadə oluna bilər. Biz artıq dünyanın aparıcı şirkətləri ilə çox fəal danışıqlar mərhələsindəyik”, – dövlət başçısı bildirib. Prezident bərpaolunan enerji dedikdə yalnız enerji istehsalını deyil, həm də onun ötürülməsini və saxlanmasını nəzərdə tutduğunu deyib. “Artıq 250 meqavat gücündə enerji saxlama sistemlərimiz var. Lakin bu, yalnız başlanğıcdır. Biz elektrik enerjisinin çox mühüm təchizatçısına çevrilmək istəyirik”, – Prezident İlham Əliyev vurğulayıb. Dövlət başçısı bildirib ki, Azərbaycanın ixrac etdiyi neft, təbii qaz, neft məhsulları, neft-kimya məhsulları və gübrələrlə yanaşı, elektrik enerjisinin, xüsusilə də Avropa bazarına ixracı enerji təhlükəsizliyini, bağlantıları və qarşılıqlı asılılığı daha da gücləndirəcək. “Biz regionda bütün bu məhsulları ixrac edən azsaylı ölkələrdən biriyik”, – Prezident qeyd edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları

News thumbnail
siyaset

İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş reputasiyası formalaşdırıb"

News thumbnail
siyaset

Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

XÜSUSİ REPORTAJ | Kiberməkanda İnnovativ İslahat: "Milli Rəqəmsal Qalxan" Layihəsi Milli Təhlükəsizliyin Və Rəqəmsal Suverenliyin Keşiyində

Bugün, 10:09
News thumbnail
Bugün
cemiyyet

Emin Ağalarov: Azərbaycan Las-Veqas, Dubay və Mayaminin xüsusiyyətlərini birləşdirən turizm məkanına çevrilə bilər

Bugün, 10:08
News thumbnail
Bugün
siyaset

Azərbaycan Prezidenti: Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik

Bugün, 10:07
News thumbnail
Bugün
dunya

“Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”

Bugün, 10:05

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

“Onun bir sözü də, bir vergülü də dəyişməyib”

Bugün, 10:05
News thumbnail
Bugün
huquq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Bugün, 10:04
News thumbnail
Bugün
siyaset

“Trampla üz-üzə görüşmək mənim üçün çətin olacaq”

Bugün, 10:00
News thumbnail
Bugün
siyaset

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Bugün, 09:59
News thumbnail
Bugün
siyaset

Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır

Bugün, 09:57
News thumbnail
Bugün
siyaset

“Geosiyasi vəziyyət 5 il əvvələ qayıtsa, yenə də cəlbedici olacağıq”

Bugün, 09:55
News thumbnail
siyaset

İlham Əliyev: "Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydın və proqnozlaşdırıla biləndir"

News thumbnail
siyaset

XÜSUSİ REPORTAJ | Kiberməkanda İnnovativ İslahat: "Milli Rəqəmsal Qalxan" Layihəsi Milli Təhlükəsizliyin Və Rəqəmsal Suverenliyin Keşiyində