
Hüquqinfo.az bildirir ki,
Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz vəzifəsinə yeni başlayan Azərbaycanın Ankaradakı səfiri Rəşad Aslanovu qəbul edib.
Hüquqinfo.az-nın Türkiyə bürosu xəbər verir ki, görüş zamanı Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma prosesləri müzakirə olunub.
“Qardaşlıq təməlinə söykənən münasibətlərimizi, iqtisadiyyat, enerji və bağlantısallıq sahələrində əməkdaşlığımızı, Azərbaycan-Ermənistan sülh və Türkiyə-Ermənistan normallaşma proseslərini müzakirə etdik”, - deyə Cevdet Yılmaz qeyd edib.









