










Hüquqinfo.az bildirir ki,
Xarici işlər naziri Ceyhun Bayramov ABŞ Prezidenti Donald Trampın ev sahibliyi keçirilən qəbulda iştirak edib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi "X"də məlumat yayıb.
Qəbul 8 avqustda keçirilmiş Vaşinqton Sammiti və Strateji Tərəfdaşlıq Xartiyasının imzalanmasından sonra Azərbaycan-ABŞ ərəfdaşlığının genişləndiyi dövrə təsadüf edir.
"Biz əməkdaşlığın, o cümlədən əlaqəlilik, enerji, ticarət və investisiya sahələrində daha da gücləndirilməsini səbirsizliklə gözləyirik", - Azərbaycan XİN qeyd edib.






