Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ ke...--:--
News
AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqno...--:--
News
KİV: Hakerlər FTB-nin sistemini sındıraraq onlarla əmək...--:--
News
ADB: Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta...--:--
News
Miqren riskini artıran səbəb üzə çıxdı--:--
News
Media: Hakerlər FTB əməkdaşlarının məlumatlarını ələ ke...--:--
News
AİB 2026-2027-ci illərdə Azərbaycanda inflyasiya proqno...--:--
News
KİV: Hakerlər FTB-nin sistemini sındıraraq onlarla əmək...--:--
News
ADB: Azərbaycan iqtisadiyyatı 2026-2027-ci illərdə orta...--:--
News
Miqren riskini artıran səbəb üzə çıxdı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Qalmaqallı açıqladan sonra

Bugün, 04:25
News thumbnail

Hüquqinfo.az bildirir ki,

İtaliyada Baş nazirin müavini və xarici işlər naziri Antonio Tayaninin qadınların geyimi ilə bağlı açıqlaması siyasi qalmaqala səbəb olub.

“Hüquqinfo.az” BBC-yə istinadən xəbər verir ki, müxalifət siyasətçiləri onun sözlərinə etiraz olaraq mini ətəklərdə çəkilmiş fotolarını sosial şəbəkələrdə paylaşır, 11 qadın senator isə etiraz aksiyası olaraq mini ətəklərdə Senata gedib.

Tayani sentyabrın 18-də keçirilən tədbirdə “gözə çarpan” qadınların etibarsız və xəyanətkar ola biləcəyini, daha uzun ətək geyinən və daha az diqqət çəkən qadınlarla evlənməyin daha yaxşı olduğunu deyib.

O, həmçinin cazibədar qadınların sevgililərini daha tez-tez dəyişə və onlara xəyanət edə biləcəyini, daha az diqqət çəkən qadının isə daha etibarlı və yaxşı ana ola biləcəyini bildirib.

Tayani bu fikirlərini siyasi seçimlə də əlaqələndirərək seçiciləri “daha uzun ətəkli ciddi bir qadın” və ya “playboy” olmayan kişi seçməyə çağırıb.

Tayaninin açıqlamalarından sonra müxalifət siyasətçiləri sosial şəbəkələrdə mini ətəklərdə çəkilmiş fotolar paylaşmağa başlayıblar.

Keçmiş Turin meri və “Beş Ulduz Hərəkatı”nın parlament üzvü Kiara Appendino mini ətəkdə fotosunu paylaşaraq Tayanidən “etibarlı” qadın və “yaxşı ana” olub-olmadığını soruşub.

Appendino bildirib ki, 2026-cı ildə nazirin qadınlara daha uzun ətək və daha az diqqətçəkən geyimdə olmalarını tövsiyə etməsinə imkan vermək olmaz.

Mərkəz-sol Demokrat Partiyasının nümayəndəsi Matilde Tura da mini ətəkdə fotosunu paylaşaraq qızına onu ətəyinin uzunluğuna görə mühakimə edən birini seçməməyi tövsiyə edəcəyini yazıb.

Qadınlara qarşı zorakılığa qarşı mübarizə aparan “Telefono Rosa” təşkilatı da Tayaninin sözlərini tənqid edib. Təşkilat qadının görünüşünə, geyiminə və davranışına müdaxilə edən yanaşmanın qəbuledilməz olduğunu bildirib.

Yaşıl və Sol Alyansının sözçüsü Fiorella Zabatta isə Tayaninin fikirlərini tənqid edərək onun “min illərlə geridə qaldığını” deyib.

Demokrat Partiyasının deputatı Alessia Morani isə etiraz edərək “Bu mağara adamlarından həqiqətən bezmişəm. Artıq bəsdir!” deyib.

Müxalifətdən 11 qadın senator da etiraz olaraq müxtəlif rəngli mini ətəklərdə Senata gedib.

Açıqlamaları geniş müzakirələrə səbəb olan Tayani üzr istəyib. Nyu-Yorkda, BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində danışan nazir deyib ki, sözlərindən kimsə inciyibsə, buna görə üzr istəyir və qadınları incitmək niyyəti olmayıb.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Payız fəsli Azərbaycana daxil olub

News thumbnail
siyaset

Avstraliya F-35 hissələrinin səhvən Honq-Konqa göndərildiyini təsdiqləyib

News thumbnail
siyaset

Tramp danışarkən zalı tərk etdilər

Populyar Xəbərlər

News thumbnail
Bugün
dunya

Payız gəldi...

Bugün, 03:45
News thumbnail
Bugün
dunya

İRNA: İranın Qeşm adası yaxınlığında partlayış səsi eşidilib

Bugün, 03:34
News thumbnail
Bugün
cemiyyet

Əməliyyatdan sonra həyatı kabusa çevrilmişdi

Bugün, 03:30
News thumbnail
Bugün
dunya

"Xatəm əl-Ənbiya": Trampın İran əleyhinə bəyanatları daxili təbliğat vasitəsidir

Bugün, 03:21

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Ərdoğan çıxış edərkən instaqramda gəzişdi

Bugün, 03:18
News thumbnail
Bugün
dunya

ABŞ və İran danışıqlar masasına qayıtdı

Bugün, 02:55
News thumbnail
Bugün
dunya

Zelenski: Ukrayna enerji sahəsində istənilən formatda atəşkəsə hazırdır

Bugün, 02:54
News thumbnail
Bugün
siyaset

Azərbaycanın İrandakı səfirliyi hazırda İranda olan Azərbaycan vətəndaşlarına müraciət ünvanlayıb

Bugün, 02:54
News thumbnail
Bugün
siyaset

Bu ölkəyə də vizasız gedə biləcəyik

Bugün, 02:30
News thumbnail
Bugün
siyaset

Makron Rusiya və Ukraynanı bir sıra hədəflərə hücumları dayandırmağa çağırıb

Bugün, 02:28
News thumbnail
siyaset

Moldova energetika və hidrologiya sahələrində fövqəladə vəziyyət rejimi tətbiq edib

News thumbnail
siyaset

Ərdoğan çıxış edərkən instaqramda gəzişdi