Hüquqinfo.az bildirir ki,
Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Macarıstan xarici işlər naziri və Baş nazirin müavini Anita Orban ilə görüşüb.
Hüquqinfo.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin sosial şəbəkə hesabında məlumat verilib.
Tərəflər Azərbaycan və Macarıstan arasında münasibətlərin hazırkı vəziyyəti və perspektivlərini müzakirə edib, müntəzəm siyasi dialoqun vacibliyini vurğulayıblar.
Tərəflər həmçinin Azərbaycan-Aİ münasibətləri, eləcə də regional və beynəlxalq inkişaflar barədə fikir mübadiləsi aparıblar.









