










Hüquqinfo.az bildirir ki,
İspaniya, yerli şirkətlərin Rusiya təchizatçıları ilə mövcud uzunmüddətli müqavilələrinə baxmayaraq, 1 yanvar 2027-ci ildən etibarən Rusiyadan mayeləşdirilmiş təbii qazın (LNG) idxalını dayandırmaq niyyətindədir.
"Hüquqinfo.az" TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares Vaşinqtonda Atlantik Şurasında çıxışında bildirib.
Nazir qeyd edib ki, Madrid Rusiyanın mayeləşdirilmiş təbii qazının imtinanı nəzərdə tutan Aİ sanksiyalarına əməl edəcək.
Albaresin sözlərinə görə, İspaniyanın razılığı olmadan bu məhdudiyyətlərin tətbiqi mümkün olmazdı, çünki ölkənin bir sıra şirkətlərinin Rusiya qazının tədarükü üçün uzunmüddətli müqavilələri var. O, bu cür müqavilələrin uzun illər ərzində bağlandığını, lakin İspaniyanın Aİ-nin yeni sanksiya tələblərinə riayət etmək niyyətində olduğunu vurğulayıb.
XİN rəhbəri həmçinin qeyd edib ki, İspaniya Avropada ən böyük mayeləşdirilmiş təbii qaz saxlama və yenidən qazlaşdırma imkanlarına malikdir. Onun sözlərinə görə, bu, ABŞ kimi təchizatçılardan mayeləşdirilmiş təbii qaz da daxil olmaqla, digər Avropa ölkələrinə qaz tədarükü üçün imkanlar yaradır.






