Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yer...--:--
News
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirk...--:--
News
Azərbaycan milliləri Şahmat Olimpiadasında bu gün növbə...--:--
News
Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin....--:--
News
İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, b...--:--
News
“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yer...--:--
News
Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirk...--:--
News
Azərbaycan milliləri Şahmat Olimpiadasında bu gün növbə...--:--
News
Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin....--:--
News
İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, b...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

“COP29-un təşkili ilə iqlim fəaliyyətlərimiz bitməyib”

Bugün, 08:10
News thumbnail

Hüquqinfo.az bildirir ki,

“Getdikcə mürəkkəbləşən qlobal çağırışların qarşısında bizim kollektiv cavabımız inklüziv, ədalətli və universal olmalıdır”.

“Hüquqinfo.az” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının ümumi müzakirələrində çıxışı zamanı deyib.

“Azərbaycanın özünün təcrübəsi məhz bu prinsipləri ehtiva edir. Bizim cəmiyyətimiz müxtəlif etnik, mədəni və dini icmaların əsrlər boyu davam edən dinc yanaşı yaşamasından qaynaqlanaraq, təbiətən multikultural və çoxkonfessiyalı cəmiyyətdir.

Bu ənənə Azərbaycanın beynəlxalq təşəbbüslərində, o cümlədən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda öz əksini tapıb. “Bakı Prosesi” çərçivəsində başlanğıcını 2008-ci ildən götürən Forum, mədəniyyətlərarası dialoqun və mədəni müxtəlifliyin inkişafı üçün mühüm qlobal platformaya çevrilib və Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının silsilə qətnamələri də daxil olmaqla, beynəlxalq səviyyədə nüfuz qazanıb.

Bu dəyərlərə əsaslanaraq, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan beynəlxalq həmrəyliyin gücləndirilməsi, körpülərin qurulması və kollektiv cavab tədbirlərinin səfərbər edilməsi istiqamətində mühüm addımlar atıb.

Bu kimi əzmkar yanaşma həmçinin Azərbaycanın COP29, Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası daxil olmaqla nəhəng qlobal tədbirlərə uğurlu ev sahibliyi və müvafiq idarəçiliyi, Qoşulmama Hərəkatı, Türk Dövlətləri Təşkilatı və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə nəticəyönümlü sədrliyi, habelə digər beynəlxalq platformalarda getdikcə fəallaşan iştirakı vasitəsilə də nümayiş etdirilib. Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü və C6 formatında tamhüquqlu üzvlüyü regionda və onun sərhədlərindən kənarda əməkdaşlıq və bağlantılara töhfəmizi daha da artıracaqdır.

COP29 bu yanaşmanın əməli baxımdan gözəl nümunəsidir. Azərbaycan ev sahibi və sədr ölkə qismində danışıqları hədəfyönümlü və balanslaşdırılmış nəticələrə doğru istiqamətləndirməklə yanaşı, bütün tərəflərin səsinin eşidilməsini təmin etməyə çalışıb. Konfrans nəticəsində qlobal iqlim maliyyəsi hədəfinin üç dəfə artırılması, karbon bazarı mexanizmlərinə dair 6-cı Maddənin tam işlək hala gətirilməsi və iqlim dəyişikliyindən zərər çəkən həssas icmalar üçün İtki və Zərər Fondunu dəstəkləyən mexanizmlərin daha da inkişaf etdirilməsi daxil olmaqla, bir sıra tarixi razılaşmalar əldə olunub.

Bizim iqlim fəaliyyətlərinin irəliyə aparılması istiqamətindəki səylərimiz heç də COP29-un təşkili ilə bitməyib. Azərbaycan, danışıqlar yolu ilə əldə edilmiş nəticələrin praktiki icraya çevrilməsinə xüsusi diqqət yetirərək, özünün yaratdığı irs üzərindən irəliləməyə davam edir. Bu ilin sentyabr ayında Bakı şəhəri ilk dəfə icranın sürətləndirilməsi və praktiki həllərin irəli sürülməsi məqsədilə hökumətləri, beynəlxalq təşkilatları, özəl sektoru və digər maraqlı tərəfləri bir araya gətirərək, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsinə ev sahibliyi edib”, - nazir qeyd edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

“Növbəti 5 ildə bərpaolunan enerji Azərbaycanda hər yerdə olacaq”

News thumbnail
siyaset

Prezident İlham Əliyev: Bir çox aparıcı beynəlxalq şirkətlər Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər

News thumbnail
siyaset

Sülh sazişinin imzalanması qarşısında qalan maneələrin...

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Prezident İlham Əliyev: Bu il tranzit yüklərin həcmi 16 mln. tona çatacaq

Bugün, 09:09
News thumbnail
Bugün
siyaset

Prezident İlham Əliyev: Son 30 ildə Azərbaycana 360 mlrd. ABŞ dollarından çox sərmayə yatırılıb

Bugün, 09:06
News thumbnail
Bugün
siyaset

Prezident: Son 30 ildə Azərbaycana 360 milyard ABŞ dollarından çox sərmayə yatırılıb

Bugün, 09:06
News thumbnail
Bugün
siyaset

Azərbaycan Prezidenti: "Ölkəmizdə çox yaxşı investisiya mühiti var"

Bugün, 09:05

Həftənin Xəbərləri

News thumbnail
Bugün
dunya

Bu qış Ukraynanı fəlakət gözləyir - Mendel

Bugün, 09:00
News thumbnail
Bugün
siyaset

İlham Əliyev bu tədbirdə iştirak edir

Bugün, 08:57
News thumbnail
Bugün
son xeberler

Yaponiyada “Dutszyuan” tayfunu nəticəsində ölənlərin sayı 12-yə çatıb

Bugün, 08:48
News thumbnail
Bugün
iqtisadiyyat

XİN rəhbəri: Azərbaycan 16 ölkəyə qaz tədarükçüsü kimi dünyanın aparıcı tədarükçülərindəndir

Bugün, 08:48
News thumbnail
Bugün
son xeberler

“Ərazilərinin minalarla genişmiqyaslı çirkləndirilməsi ciddi mane olaraq qalmaqdadır”

Bugün, 08:45
News thumbnail
Bugün
siyaset

Nazir BMT-də TRIPP-in region üçün əhəmiyyətini açıqladı

Bugün, 08:44
News thumbnail
siyaset

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

News thumbnail
siyaset

“Azərbaycanı etibarlı tərəfdaş kimi görürlər”