Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran m...--:--
News
İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərə...--:--
News
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısın...--:--
News
Azərbaycan Las-Veqas, Dubay, Mayami kimi... - Emin Ağal...--:--
News
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azər...--:--
News
Prezident Azərbaycanda investorlar üçün maraq doğuran m...--:--
News
İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərə...--:--
News
“İstəyirik elektrik enerjisinin də iri bir ixracatçısın...--:--
News
Azərbaycan Las-Veqas, Dubay, Mayami kimi... - Emin Ağal...--:--
News
30 trilyon dollarlıq qlobal kapitalın Bakı ünvanı: Azər...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Dövlət başçısı: Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb

Bugün, 09:27
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb. Hüquqinfo.az-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində təşkil olunan “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib. Prezident bildirib ki, ölkədə qazlaşdırmanın səviyyəsi ən yüksək göstəricilərdən biridir. “Azərbaycan ərazisinin 96 faizi qazlaşdırılıb. Ölkə əhalisinin 100 faizi elektrik enerjisi və genişzolaqlı internetlə təmin olunub. Eyni zamanda, biz elektrik enerjisi ixrac edirik”, – dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev qeyd edib ki, daxili tələbat baxımından, demək olar, bütün işlər görülüb və əlavə layihələrə o qədər də ehtiyac olmaya bilər. “Dəmir yolu infrastrukturu ilə bağlı işlər də demək olar ki, başa çatıb. Doqquz beynəlxalq hava limanımız və dəniz limanlarımız var. Beləliklə, daxili infrastruktura gəldikdə, vəziyyətimiz yaxşıdır”, – Prezident deyib. Dövlət başçısı bildirib ki, çoxmillətli maraqlara xidmət edən infrastruktur daha cəlbedici ola bilər. Onun sözlərinə görə, burada, ilk növbədə, nəqliyyat, logistika, fiziki infrastruktur, eləcə də inzibati və rəqəmsal infrastruktur nəzərdə tutulur. “Biz çoxlu körpülər, estakadalar və gəmilər inşa edə bilərik. Lakin rəqəmsallaşma və gömrük prosedurları ilə bağlı müasir tendensiyaları lazımi qaydada nəzərə almasaq, yüklərin emalı prosesini asanlaşdırmasaq və sürətləndirməsək, rəqabətdə uduzacağıq”, – Prezident İlham Əliyev vurğulayıb. Prezident elektrik enerjisinin ötürülməsi xətlərinin digər mühüm istiqamət olduğunu bildirib. O qeyd edib ki, bu sahədə böyük potensial mövcuddur. “Bu gün yalnız Azərbaycan enerji mənbəyi deyil. İki ildən az müddət əvvəl Özbəkistan və Qazaxıstanla Xəzər dənizinin dibi ilə sualtı elektrik kabelinin çəkilməsi haqqında saziş imzalamışıq. Məqsəd Mərkəzi Asiyanı Azərbaycanla, daha sonra isə elektrik enerjisi vasitəsilə Avropa ilə birləşdirməkdir”, – dövlət başçısı deyib. Prezident İlham Əliyev bildirib ki, bu layihənin həyata keçirilməsi üçün böyük həcmdə maliyyə vəsaiti tələb olunacaq. Prezident digər mühüm layihənin artıq texniki-iqtisadi əsaslandırma mərhələsində olan Qara dəniz sualtı elektrik kabeli olduğunu qeyd edib. “Bu kabel də Azərbaycandan Gürcüstana, oradan isə Rumıniyaya uzanacaq. Söhbət Avropanın enerji bazarına istiqamətlənən 4 giqavat gücündə layihədən gedir”, – dövlət başçısı vurğulayıb. Prezident İlham Əliyev enerji saxlama sistemlərinə də ehtiyac olduğunu bildirib. “Bütün bunlar yalnız bizim üçün deyil, daha geniş beynəlxalq əməkdaşlıq üçün də lazımdır. Düşünürəm ki, əsas maraq doğuran sahələr məhz bunlar olacaq”, – Prezident əlavə edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Prezident Azərbaycanda investorlar üçün maraq doğuran məqamları

News thumbnail
siyaset

İlham Əliyev: "Azərbaycan etibarlı və məsuliyyətli tərəfdaş reputasiyası formalaşdırıb"

News thumbnail
siyaset

Prezident İlham Əliyev Azərbaycanda investorlar üçün maraq doğuran məqamları açıqlayıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

XÜSUSİ REPORTAJ | Kiberməkanda İnnovativ İslahat: "Milli Rəqəmsal Qalxan" Layihəsi Milli Təhlükəsizliyin Və Rəqəmsal Suverenliyin Keşiyində

Bugün, 10:09
News thumbnail
Bugün
cemiyyet

Emin Ağalarov: Azərbaycan Las-Veqas, Dubay və Mayaminin xüsusiyyətlərini birləşdirən turizm məkanına çevrilə bilər

Bugün, 10:08
News thumbnail
Bugün
siyaset

Azərbaycan Prezidenti: Biz çox etibarlı elektrik enerji təchizatçısı olmaq istəyirik

Bugün, 10:07
News thumbnail
Bugün
dunya

“Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir”

Bugün, 10:05

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

“Onun bir sözü də, bir vergülü də dəyişməyib”

Bugün, 10:05
News thumbnail
Bugün
huquq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Bugün, 10:04
News thumbnail
Bugün
siyaset

“Trampla üz-üzə görüşmək mənim üçün çətin olacaq”

Bugün, 10:00
News thumbnail
Bugün
siyaset

Prezident İlham Əliyev: Azərbaycan dünyada ən təhlükəsiz yerlərdən biridir

Bugün, 09:59
News thumbnail
Bugün
siyaset

Azərbaycan Prezidenti: Otuz il əvvəl bağlanılmış müqavilələr hələ də toxunulmazdır

Bugün, 09:57
News thumbnail
Bugün
siyaset

“Geosiyasi vəziyyət 5 il əvvələ qayıtsa, yenə də cəlbedici olacağıq”

Bugün, 09:55
News thumbnail
siyaset

İlham Əliyev: "Azərbaycanın bütün qonşuları ilə münasibətləri aydın və proqnozlaşdırıla biləndir"

News thumbnail
siyaset

XÜSUSİ REPORTAJ | Kiberməkanda İnnovativ İslahat: "Milli Rəqəmsal Qalxan" Layihəsi Milli Təhlükəsizliyin Və Rəqəmsal Suverenliyin Keşiyində