
Hüquqinfo.az bildirir ki,
Ankara Sammiti, Trampın sərt bəyanatları və Yaxın Şərqdəki hərbi alovlanma ilə bağlı beynəlxalq hüquq mütəxəssisindən şok təhlillər.
Dünya siyasətində geosiyasi gərginliklərin pik həddə çatdığı, supergüclərin hərbi ritorikasının bəşəriyyəti yeni fəlakət ərəfəsinə gətirdiyi bir vaxtda, tanınmış beynəlxalq hüquq mütəxəssisi, hüquq elmləri doktoru, professor və BEMM-in Sədri Hacı Xaliq Bəşər Heydər Məscidində müqəddəs Cümə namazı çıxışında jurnalistlərin suallarını cavablandırıb. Ankara Sammitindən tutmuş ABŞ Prezidenti Donald Trampın İranla bağlı verdiyi sensasion bəyanatlara, Hörmüz boğazının bağlanmasından qlobal iqtisadi böhrana qədər bir çox mühüm məsələyə toxunan Hacı Xaliq Bəşər, bəşəriyyətin gələcəyi üçün həyəcan təbili çalıb.
MÜSAHİB HAQQINDA ARAYIŞ:
Hacı Xaliq Bəşər — Beynəlxalq Elektron Mətbuat Medianın (BEMM) Sədri, Hüquq Elmləri Doktoru, Professor, beynəlxalq səviyyəli hüquqşünas, tanınmış siyasi analitik və hüquq müdafiəçisidir. O, beynəlxalq hüquq normaları, insan hüquqlarının müdafiəsi və qlobal geosiyasi processeslərin təhlili sahəsində elmi-praktiki fəaliyyəti ilə tanınan aparıcı ziyalılardandır.
JURNALİSTİN SUALLARI:
“Hacı Xaliq müəllim, Cüməniz mübarək! 9 iyul 2026-cı il tarixində NATO-nun Ankarada keçirilən sammitinə beynəlxalq hüquqla məşğul olan və siyasi proseslərin içərisində yer alan bir şəxs kimi münasibətiniz necədir?
İkinci sualımız isə ABŞ Prezidenti Donald Trampın İran İslam Respublikasına qarşı səsləndirdiyi son sərt bəyanatla bağlıdır. Bu məsələdə obyektiv münasibətinizi bilmək istərdik.”
1. ANKARA SAMMİTİ VƏ TÜRKİYƏ-ABŞ MÜNASİBƏTLƏRİNDƏ TARİXİ KULMİNASİYA
Hacı Xaliq Bəşər:
“İlk növbədə, hər iki mühüm suala görə dərin təşəkkürümü bildirirəm. Sizin və bütün Azərbaycan xalqının müqəddəs Cümə gününü səmimi qəlbdən təbrik edirəm.
Sualınıza keçərkən vurğulamaq istəyirəm ki, NATO-nun Ankarada keçirilən sammiti son dərəcə təqdirəlayiq və tarixi bir hadisədir. Müsəlman dünyasında və xüsusilə Türkiyədə ilk dəfədir ki, bu miqyasda qlobal bir NATO sammiti təşkil olunur. Bu diplomatik zəfərin arxasında nəhəng bir dövlət iradəsi və kəşfiyyat əməyi dayanır.
ABŞ Prezidenti Donald Trampın Türkiyəyə bu səfəri Amerika tarixində bir ilk kimi qeydə alındı. Burada diqqət çəkən ən sensasion məqam Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın nümayiş etdirdiyi ali dövlətçilik duruşudur. Cənab Ərdoğan klassik protokol qaydalarından kənara çıxaraq, şəxsən hava limanına yollanmış və Donald Trampı təyyarəsinin pilləkənləri qarşısında ən yüksək səviyyədə qarşılamışdır. Bu addım təkcə bir protokol jesti deyil, Türkiyə ilə Amerika Birləşmiş Ştatları arasındakı münasibətlərin ən yüksək kulminasiya nöqtəsinə çatmasının bariz sübutudur.”
“Ankara Sammitinin pərdəarxasında Türkiyə diplomatiyası və MİT rəhbərliyinin nəhəng zəhməti dayanır. Bu, təkcə liderlərin deyil, xüsusi xidmət orqanlarının strateji razılaşmasıdır.”
— HACI XALIQ BƏŞƏR
“Xüsusilə vurğulamaq borcumdur ki, bu tarixi uğur yalnız Donald Tramp və Rəcəb Tayyib Ərdoğanın şəxsi münasibətləri ilə məhdudlaşmır. Burada Türkiyənin Xarici İşlər naziri cənab Hakan Fidanın və Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri cənab İbrahim Kalının müstəsna xidmətləri və əməyi var. Eyni zamanda, bu proseslər ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CIA) rəhbərliyi ilə dərin razılaşdırılmış xüsusi strategiyanın təzahürüdür.”
2. TRAMPIN İRAN BƏYANATINA KƏSKİN TƏNQİD VƏ BEYNƏLXALQ HÜQUQ POZUNTUSU
Hacı Xaliq Bəşər:
“Bəyanatın ikinci hissəsinə — Donald Trampın İranla bağlı verdiyi bəyanata gəldikdə isə, bu, kifayət qədər sərt, hətta təhlükəli bir bəyanatdır. Donald Trampın 'İranın məhv edilməsi' və ya xəritədən silinməsi ilə bağlı dediklərini bir beynəlxalq hüquq mütəxəssisi kimi qətiyyətlə qəbul etmirəm!
Yer üzündən hər hansı bir dövləti, milləti və ya xalqı silmək, məhv etmək heç bir supergücün, heç bir prezidentin və ya ordunun səlahiyyətində deyil! Belə bir mütləq gücün və hökmün yeganə sahibi ALLAH CƏLLƏ CƏLALÜHÜDÜR. Ne Amerika Birləşmiş Ştatlarına, nə də onun prezidentinə hər hansı suveren dövlətin varlığına son qoymaq səlahiyyəti verilməyib!
Siz bu sualları mənə müqəddəs Heydər Məscidindən, namazdan çıxarkən ünvanladınız. Mən ilahi məkandan çıxan bir bəndə, hüquq müdafiəçisi və beynəlxalq hüquq alimi kimi bildirirəm: Trampın bu cür bəyanat verməsi həm diplomatik etikaya, həm mənəvi dəyərlərə ziddir, həm də Beynəlxalq Hüquq Normalarının və BMT Nizamnaməsinin kobud şəkildə pozulmasıdır.”
3. İRAN MƏSƏLƏSİ, ABŞ-İSRAİL HƏRBİ MÜDAXİLƏSİ VƏ MİSLİ GÖRÜNMƏMİŞ BÖHRAN
Hacı Xaliq Bəşər:
“Şübhəsiz ki, hər bir dövlətin öz daxili və xarici siyasəti var. İran İslam Respublikasının da müstəqil daxili və xarici kursu mövcuddur. İrandakı son processeslər göstərir ki, ölkə daxilində xalq ilə iqtidar arasında ciddi gərginliklər və dərin ziddiyyətlər yaşanır.
İranın siyasi rəhbərliyinin fiziki məhvindən əvvəl ABŞ çalışırdı ki, daxili narazılıqdan istifadə edərək xalqı ayağa qaldırsın və hakimiyyət dəyişikliyinə nail olsun. Lakin bu ssenari baş tutmadıqdan sonra Amerika-İsrail koalisiyası İran dövlətinə qarşı görünməmiş miqyasda hərbi hücumlara başladı. Bu hərbi əməliyyatlar nəticəsində minlərlə dinc insan həyatını itirdi, faciəvi tələfatlar yaşandı.
Bu müharibə təkcə insan tələfatı deyil, həm də qlobal iqtisadiyyat üçün ağır fəsadlar törətdi. Hörmüz boğazının bağlanması nəticəsində dünya bazarlarında neftin və yaşayış vasitələrinin qiyməti fantastik dərəcədə bahalaşdı. Bu bahalaşma isə istər müsəlman dünyasında, istər Avropada, istərsə də Qərbdə yaşayan sıravi insanların cibinə, sosial rifahına və həyatına vurulan ağır bir zərbədir.”
4. BƏŞƏRİYYƏTƏ VƏ DÜNYA LİDERLƏRİNƏ TARİXİ ÇAĞIRIŞ
Hacı Xaliq Bəşər:
“Mən beynəlxalq hüquq mütəxəssisi, analitik, alim, hüquq müdafiəçisi və bir ziyalı kimi bəyan edirəm: dünyada sülhün, əmin-amanlığın tərəfdarıyam! Müharibələr harada varsa, orada elm, iqtisadiyyat, mənəviyyat, din, irfan və təqva darmadağın olur! İnsanlar sosial fəlakətlər və itkilər içində boğulurlar.
Buradan bütün dünya güclərinə, supergüclərin rəhbərlərinə səsimi ucaldıram:
ARTIQ YETƏR, DAYANIN!
Bütün dünya sizin sarsaq, başıpozuq və qanunsuz hərəkətlərinizdən lərzəyə gəlib! Əgər bu qırğınları, yeni nüvə silahlarının və qırıcı təyyarələrin istehsalını dayandırmasangız, gələcək nəsillər sizi ancaq NİFRƏTLƏ xatırlayacaq!”
ƏRDOĞANA MÜRACİƏT:
Hacı Xaliq Bəşər eyni zamanda Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğana müraciət edərək, onun malik olduğu böyük nüfuzdan və imkanlardan istifadə edərək dünyada qlobal sülhün bərqərar olunması, silahlanma yarışının dayandırılması və tərəflər arasında barışığın əldə edilməsi üçün vasitəçilik missiyasını daha da gücləndirməsini rica edib. Müsahibəni hazırladı: Valeh Ruhullayev (huquqinfo.az)









