Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil ...--:--
News
Avropa Komissiyası Rusiyanın G20 görüşlərində iştirak h...--:--
News
Moskvadakı universitetlər bomba xəbərdarlığına görə təx...--:--
News
Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb--:--
News
Türkmənistan İran aviaşirkətlərinə öz hava məkanından k...--:--
News
Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil ...--:--
News
Avropa Komissiyası Rusiyanın G20 görüşlərində iştirak h...--:--
News
Moskvadakı universitetlər bomba xəbərdarlığına görə təx...--:--
News
Azərbaycanda Dövlət Qulluğu Məcəlləsi hazırlanıb--:--
News
Türkmənistan İran aviaşirkətlərinə öz hava məkanından k...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

cemiyyet

“bp-nin Azərbaycandakı layihələri xüsusi maraq doğurur”

Bugün, 14:15
News thumbnail

Hüquqinfo.az bildirir ki,

bp şirkəti Azərbaycanda topladığı təcrübədən daha geniş regionda, o cümlədən Özbəkistan və Qazaxıstanda yeni imkanların reallaşdırılmasında istifadə etmək niyyətindədir.

“Hüquqinfo.az” “Hüquqinfo.az”a istinadən xəbər verir ki, bu barədə “BP America” şirkətinin beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kimberli Harrinqton Nyu-Yorkda “Caspian Policy Center” (CPC) tərəfindən təşkil olunmuş yeddinci illik Xəzər biznes forumunda bildirib.

Onun sözlərinə görə, şirkətin Azərbaycandakı layihələri xüsusi maraq doğurur, çünki onlar ölkənin son 30 il ərzində topladığı təcrübə, bilik və imkanlara əsaslanır.

K.Harrinqton qeyd edib ki, Xəzər regionunun enerji sektorunun inkişafı hökumətlər, biznes və müxtəlif icmalar arasında uzunmüddətli əməkdaşlıq nümunəsinə çevrilib.

“bp üçün Xəzər regionu dövrümüzün energetika sahəsində ən təsirli uğur hekayələrindən biridir. Bu, ortaq uzunmüddətli məqsədə çatmaq üçün özəl sektorun, hökumətlərin və icmaların birgə işi sayəsində mümkün olub”, - Harrinqton “Orta Dəhliz boyu yeni nəsil biznes: energetika, nəqliyyat əlçatanlığı və kritik əhəmiyyətli faydalı qazıntılar” adlı panel sessiyada çıxışı zamanı bildirib.

“McLarty Associates” şirkətinin strategiya şöbəsinin rəhbəri və Avrasiya üzrə baş idarəedici direktoru Kler Kayzer isə Orta Dəhlizin inkişafında və investisiya qərarlarının qəbulunda uzlaşma və rəqəmsallaşmanın artan rolunu vurğulayıb.

O həmçinin Bakı-Tbilisi-Ceyhan neft kəməri mövzusuna toxunaraq qeyd edib ki, iri regional layihələrin həyata keçirilməsi tarixən ilk növbədə, siyasi baxış, ardınca isə investisiyalar tələb edib.

“Apollo Global Management” şirkətinin strukturlaşdırılmış maliyyələşdirmə üzrə qlobal bölməsinin rəhbəri Cəmşid Ehsani “Apollo”nun Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) ilə strateji tərəfdaşlığının inkişafından danışıb.

Onun fikrincə, hazırda Azərbaycanda və xaricdə irimiqyaslı enerji layihələrinin maliyyələşdirilməsi ilə bağlı müzakirələr aparılır.

“Kazakh Invest”in ABŞ-dəki nümayəndəliyinin rəhbəri Marat Birimjan Orta Dəhlizin inkişafında Qazaxıstanın artan rolunu, habelə kritik əhəmiyyətli mineralların hasilatı, istehsal, nəqliyyat və digər sahələrdə investisiya imkanlarının genişləndiyini qeyd edib: “Son yeddi il ərzində daşımaların, yəni Orta Dəhlizlə konteyner daşımalarının həcmi beş dəfə artıb və gələcəkdə bu göstərici daha da artacaq”.

O həmçinin Qazaxıstan və ABŞ arasında ticari-iqtisadi əlaqələrin genişləndiyini qeyd edərək əlavə edib ki, ötən ilin sonunda ABŞ və Qazaxıstan şirkətləri istehsal, aqrobiznes, neft-kimya, kritik əhəmiyyətli minerallar, nəqliyyat və logistika sahələrində ümumi məbləği 17 milyard ABŞ dolları olan müqavilələr bağlayıblar.

Onun sözlərinə görə, əlavə investisiyaların cəlb edilməsi üçün layihələr beynəlxalq maliyyələşdirmə üçün daha da əlçatan olmalıdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
cemiyyet

Şıxəli Qurbanov küçəsində xüsusi hərəkət zolağı təşkil edilib

News thumbnail
cemiyyet

DİN-in nəqliyyat vasitələrinin duracaqlarında saxlanılmasının məbləği təsdiqlənib

News thumbnail
cemiyyet

“Trendyol” sifarişlərinin Azərbaycana çatdırılma müddəti niyə uzanıb?

Populyar Xəbərlər

News thumbnail
Bugün
cemiyyet

“Trendyol” sifarişlərinin Azərbaycana çatdırılma müddəti niyə uzanıb?

Bugün, 14:55
News thumbnail
Bugün
iqtisadiyyat

QMİ-də 27 Sentyabr – Anım Gününün 6-cı ildönümünə həsr olunmuş tədbir keçirilib - FOTO

Bugün, 14:54
News thumbnail
Bugün
son xeberler

Polşada monastıra hücum nəticəsində 1 nəfər ölüb, 4 nəfər yaralanıb

Bugün, 14:54
News thumbnail
Bugün
dunya

Polşada Ukrayna vətəndaşı monastırda keşişlərə bıçaqla hücum edib, ölən və yaralananlar var

Bugün, 14:54

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan XİN və MN Qazaxıstana başsağlığı verdi

Bugün, 14:53
News thumbnail
Bugün
dunya

Gürcüstan Aİ-ni radikalizmi dəstəkləməkdən imtinaya çağırıb

Bugün, 14:52
News thumbnail
Bugün
siyaset

Hərbçilərin dənizə düşərək həlak olmasına görə başsağlığı verdi

Bugün, 14:52
News thumbnail
Bugün
huquq

Bakıda 50 yaşlı qadın qətlə yetirilib, meyiti Qusarda meşəyə atılıb

Bugün, 14:50
News thumbnail
Bugün
huquq

Qusarda meşədə qətlə yetirilən qadının meyiti tapılıb, saxlanılan var

Bugün, 14:50
News thumbnail
Bugün
dunya

Şəhid ailəsi niyə 6 ildir evsizdir?

Bugün, 14:50
News thumbnail
cemiyyet

Ağcabədidə qadın bıçaqlandı

News thumbnail
cemiyyet

Simonyan: Hakimiyyət II Qaregini vəzifədən kənarlaşdırmaqda qərarlıdır