Ekspert: Məktəblərdə geyim qaydaları ilə bağlı qərarı dinə qarşı siyasət kimi təqdim etmək düzgün deyil | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, "Məktəblərdə geyim qaydaları ilə bağlı qərarı dövlətin dinə qarşı siyasəti kimi təqdim etmək düzgün deyil".
O bildirib ki, Sovet dövründən fərqli olaraq, Azərbaycanın müstəqillik qazandığı 35 il ərzində ölkədə 2 000-dən çox məscid tikilib, Qafqazın ən böyük məscidi də Azərbaycanda yerləşir.
Ekspert məktəblərdə geyim qaydaları ilə bağlı tələblərin məhz bu dövrdə gündəmə gəlməsinin səbəblərinə də aydınlıq gətirib:
“Din siyasi amilə çevrildikdə, ona qarşı siyasi yolla da cavab vermək lazım gəlir. Vaxtilə Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürk də dövrün ictimai-siyasi zərurətini nəzərə alaraq Şəriət və Vəqflər Nazirliyini ləğv etmişdi. Bu mənada, bu gün verilən qərar dövlətçiliyimizə yönələn açıq və gizli təhdidlərdən irəli gəlir”.
Cahid İmanlı vurğulayıb ki, mövcud vəziyyətdə həm valideynlər, həm də aidiyyəti təhsil qurumları kəskin və radikal addımlardan çəkinməlidirlər: “Mən inanmıram ki, həqiqətən dini inanclı olan hansısa valideyn məktəbə qarşı zorakılığa yol versin, müəllimləri və direktoru təhqir etsin. Bu cür hərəkətlər edənlər bilərəkdən və ya bilməyərəkdən dini öz məqsədləri üçün alətə çevirən müəyyən dairələrin maraqlarına xidmət etmiş olurlar. Cəmiyyət olaraq valideynlərə, şagirdlərə və təhsil işçilərinə dəstək göstərilməlidir. Xüsusilə hazırda şagirdlərə psixoloji dəstəyin göstərilmək olduqca lazımdır".
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
