Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Ağdam istehsal və investisiyaların yeni ünvanına çevril...--:--
News
Sürücülük Hüququnuz Qanunsuz Şəkildə İstismar Oluna Bil...--:--
News
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib--:--
News
Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib--:--
News
Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini p...--:--
News
Ağdam istehsal və investisiyaların yeni ünvanına çevril...--:--
News
Sürücülük Hüququnuz Qanunsuz Şəkildə İstismar Oluna Bil...--:--
News
Kolleclərin boş qalan plan yerlərinə qəbul elan edilib--:--
News
Ermənistan rəsmisi elə gəldiyi gün Bakını tərk edib--:--
News
Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini p...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Elm və Təhsil Nazirliyi "OpenAI" ilə Anlaşma Memorandumu imzalayıb

Bugün, 09:53
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Elm və Təhsil Nazirliyi ilə "OpenAI" şirkəti arasında təhsil sahəsində süni intellekt texnologiyalarından istifadənin genişləndirilməsini nəzərdə tutan üçillik Anlaşma Memorandumu imzalanıb.

Bildirilib ki, sənəd Nyu-Yorkda elm və təhsil naziri Emin Əmrullayev və "OpenAI" şirkətinin təhsil üzrə vitse-prezidenti Leah Belsky tərəfindən imzalanıb.

Yeni əməkdaşlığın əsas məqsədi süni intellekt texnologiyalarından istifadə etməklə müəllim və şagirdlər üçün tədris və öyrənmə imkanlarının təkmilləşdirilməsi, təhsil prosesinin daha səmərəli və əlçatan təşkili, həmçinin təhsil müəssisələrində süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair yanaşmaların formalaşdırılmasıdır.

Əməkdaşlıq çərçivəsində süni intellekt əsaslı tədris alətlərinin hazırlanması, müəllim və digər təhsil işçilərinə yeni texnologiyalardan səmərəli istifadə üzrə təlimlərin keçirilməsi, eləcə də məktəblərdə süni intellektdən təhlükəsiz və məsuliyyətli istifadəyə dair standart və metodiki yanaşmaların hazırlanması nəzərdə tutulur.

Əməkdaşlığın əsas istiqamətlərindən biri riyaziyyat, təbiət elmləri və oxu fənləri üzrə təhsilin idarəolunması sisteminin "OpenAI" texnologiyalarından istifadə edilməklə inkişaf etdirilməsidir. Yeni imkanların müəllimlərə dərslərin hazırlanması, tədris materiallarının formalaşdırılması və şagirdlərin qiymətləndirilməsi prosesində süni intellekt əsaslı dəstək göstərməsi nəzərdə tutulur. Bununla müəllimlərin hazırlıq və inzibati işlərə sərf etdiyi vaxtın optimallaşdırılması və şagirdlərlə birbaşa işə daha çox vaxt ayırmaları hədəflənir.

Bununla yanaşı, müəllimlər, tələbələr və təhsil müəssisələrinin əməkdaşları üçün süni intellekt üzrə müxtəlif təlim proqramlarının həyata keçirilməsi planlaşdırılır. "Təlimçilərin təlimi" proqramı vasitəsilə süni intellekt sahəsində yerli mütəxəssis və təlimçi potensialının gücləndirilməsi nəzərdə tutulur.

Tərəflər həmçinin təhsil sahəsində süni intellektdən təhlükəsiz, etik və məsuliyyətli istifadəyə dair metodiki yanaşmaların, tövsiyələrin və müvafiq çərçivələrin hazırlanması istiqamətində əməkdaşlıq edəcəklər.

Qeyd edək ki, bu, Elm və Təhsil Nazirliyi ilə "OpenAI" arasında imzalanan ikinci Anlaşma Memorandumudur. İlkin əməkdaşlıq çərçivəsində adaptiv öyrənmə platformasının hazırlanması prosesi həyata keçirilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Tramp Hikmət Hacıyevin "Newsmax" nəşrinə müsahibəsini paylaşıb

News thumbnail
siyaset

Səfərbərlik Xidməti Bərdədə gənclər üçün tədbir keçirib - FOTO

News thumbnail
siyaset

Tramp Hikmət Hacıyevin "Nyusmaks"a müsahibəsini paylaşdı

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Erməni rəsmi elə gəldiyi gün Bakını tərk edib

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Səfərbərlik Xidməti Bərdədə gənclər üçün tədbir keçirib - FOTO

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Yük maşını yanıb kül oldu

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Tramp Hikmət Hacıyevin "Nyusmaks"a müsahibəsini paylaşdı

Bugün, 10:20

Həftənin Xəbərləri

News thumbnail
Bugün
siyaset

Səfərbərlik Xidməti Bərdədə gənclər üçün tədbir keçirib

Bugün, 10:20
News thumbnail
Bugün
siyaset

Azərbaycanda dağ-mədən sənayesi üzrə geoloji məlumatlar rəqəmsallaşdırılacaq

Bugün, 10:18
News thumbnail
Bugün
siyaset

Prezident daha bir dövlət proqramını təsdiqlədi

Bugün, 10:18
News thumbnail
Bugün
siyaset

Azərbaycanda geoloji kəşfiyyat aparılan ərazilər 15 000 km²-ə çatdırılacaq

Bugün, 10:17
News thumbnail
Bugün
siyaset

Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşıb

Bugün, 10:15
News thumbnail
Bugün
huquq

“Qeyrətin çatırsa, vur” deyən arvadını bıçaqlamışdı

Bugün, 10:15
News thumbnail
siyaset

Səfərbərlik Xidməti Bərdədə gənclər üçün tədbir keçirib

News thumbnail
siyaset

Yük maşını yanıb kül oldu