
Hüquqinfo.az bildirir ki,
ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon SABAH.City-də keçirilən BakuID İnnovasiya Konfransını ziyarət edib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial media hesabında paylaşım edilib.
Bildirilib ki, Konfrans ABŞ və Azərbaycandan olan innovatorları, sahibkarları, tələbələri və ekspertləri bir araya gətirərək texnologiya və biznes sahələrində yeni əlaqələrin qurulmasına imkan yaradıb:
"ABŞ Ticarət Nazirliyinin Kommersiya Hüququnun İnkişafı Proqramının (CLDP) dəstəyi ilə Azərbaycana gələn amerikalı ekspertlər yerli sahibkarlar və startap təsisçiləri üçün fərdi mentorluq sessiyaları keçiriblər. ABŞ Səfirliyinin EducationUSA komandası isə tələbələri ABŞ-də təhsil imkanları ilə tanış edib. ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində ölkələrimiz texnologiya, süni intellekt, rəqəmsal infrastruktur, investisiya və kommersiyalaşdırma sahələrində əməkdaşlığı daha da dərinləşdirmək barədə razılığa gəliblər. BakuID çərçivəsində həyata keçirdiyimiz təşəbbüslər amerikalı və azərbaycanlı ekspertlər, tələbələr və innovatorlar arasında praktiki əlaqələr yaratmaqla bu məqsədlərin həyata keçirilməsinə töhfə verəcək".
ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon SABAH City -də keçirilən BakuID İnnovasiya Konfransını ziyarət edib. Konfrans ABŞ və Azərbaycandan olan innovatorları, sahibkarları, tələbələri və ekspertləri bir araya gətirərək texnologiya və biznes sahələrində yeni… pic.twitter.com/sTS90j4QHV









