
Hüquqinfo.az bildirir ki,
Ermənistanda sabiq baş nazir Ovik Abramyanın qardaşı - Genrik Abramyan saxlanılıb.
Antikorrupsiya İdarəsindən nəşrə bildirilib ki, Henrik Abramyan Ermənistanın Antikorrupsiya Komitəsi tərəfindən araşdırılan cinayət işi çərçivəsində saxlanılıb.
İş vəzifə səlahiyyətlərindən sui-istifadə, bu cür əməlin törədilməsinə köməklik və təhrikçilik, habelə saxta sənədlərdən istifadə ilə bağlıdır.






