










Hüquqinfo.az bildirir ki,
Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi tərəfindən Göygöl rayon 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əlilliyi olan şəxslərə xidmət göstərən heyəti üçün “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Hüquqinfo.az xəbər verir ki, tədbirin keçirilməsində məqsəd əlilliyi olan şəxslərin fövqəladə hallar zamanı mühafizə və təxliyəsinin təşkili, onlara qulluq edən şəxslərdə yanğın və digər təhlükələrlə bağlı zəruri davranış qaydalarının aşılanması olub.
Tədbirdə FHN-in Gəncə Regional Mərkəzinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin Göygöl rayon 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsinin əməkdaşları iştirak ediblər.
Tədbirdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ zamanı əlilliyi olan şəxslərin təhlükəsizliyinin təmin edilməsi ilə bağlı müvafiq davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, mövzular ətrafında geniş müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.









