
Hüquqinfo.az bildirir ki,
Bu gün Prezident İlham Əliyevin Sərəncamı ilə əfv edilən bir neçə məhkum azadlığa çıxdıqdan sonra sevinc hislərini jurnalistlərlə bölüşüblər.
Əfv edilən məhkum Hikmət Bayramov "Hüquqinfo.az"a bildirib ki, 4 il müddətinə azadlıqdan məhrum edilmişdi, bu gün isə cəzasının çəkilməmiş 1 il 1 ay hissəsindən azad edilib:
"Gözlənilmədən əfv olunma xəbərini aldım. Mənə bu sevinci yaşatdığı üçün Prezident İlham Əliyevə təşəkkür edirəm. Hamının səhvi olur. Mən də səhv etmişdim, cənab Prezident məni bağışladı".
Digər əfv olunan İlqar Süleymanzdə isə bildirib ki, cəza müddətinin bitməsinə 1 il qalıbmış.
"Ölkə başçısına təşəkkür edirəm. Azadlığa çıxmağımı ailə üzvlərim bilmir, onlara sürpriz edəcəyəm", -o vurğulayıb.










