
Hüquqinfo.az bildirir ki,
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam əsasında əfv edilən Türkiyə vətəndaşı Özdemir Salih ailəsini sevən insanları heç vaxt cinayət törətməməyə çağırıb.
"Hüquqinfo.az"un yerli bürosu xəbər verir ki, o, vaxtından əvvəl azadlığa buraxıldığı üçün Prezident İlham Əliyevə təşəkkür edib.
"Prezident İlham Əliyevin imzaladığı Əfv Sərəncamı ilə azadlığa çıxdım. Allah Prezidentdən razı olsun. Cəzaçəkmə müəssisəsində çalışan, Ədliyyə Nazirliyində fəaliyyət göstərən rəhbər şəxslərə və bütün əməkdaşlara təşəkkür edirəm. Mənə qarşı heç bir qanunazidd davranışa yol verilməyib, çox yaxşı münasibət göstərilib. Çox istərdim ki, ailəsini, övladlarını sevən insanlar heç vaxt cinayət törədib həbsə düşməsinlər".
Qeyd edək ki, Prezident İlham Əliyevin bu gün imzaladığı Əfv Sərəncamı 20 nəfərə şamil edilib. Onlardan 19-u azadlıqdan məhrum edilmiş, 1-i isə azadlığı məhdudlaşdırılmış məhkumlardır.










