Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Həsənoğlunun səhhətində problem yarandı, əməliyyat olun...--:--
News
Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı--:--
News
Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələri...--:--
News
“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik”--:--
News
Avtobusdan istifadə edənlərin diqqətinə!--:--
News
Həsənoğlunun səhhətində problem yarandı, əməliyyat olun...--:--
News
Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı--:--
News
Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələri...--:--
News
“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik”--:--
News
Avtobusdan istifadə edənlərin diqqətinə!--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Hakan Fidan Nyu-Yorkda Bakı ilə İrəvan arasında sülh prosesindən söz açıb

Bugün, 20:57
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankaranın ABŞ ilə tərəfdaşlığının qlobal sülh və sabitliyə daha böyük fayda verməli olduğunun vacibliyini vurğulayıb.

"Hüquqinfo.az" "TRT Haber"ə istinadən xəbər verir ki, türkiyəli nazir bunu Nyu-Yorkda təşkil olunan "100-cü ilə qədəm qoyan Türkiyə-ABŞ münasibətləri" panelində çıxışı zamanı deyib.

Nazir Türkiyə-ABŞ əməkdaşlığının sülh və sabitliyin təmin olunması istiqamətində qonşu regionlarda birgə fəaliyyət üçün imkan yaratdığını qeyd edib.

O, Qafqazda Azərbaycan və Ermənistan arasında sülh prosesini dəstəklədiklərini, Qara dənizdə gərginliyin artması risklərini azaltmağı və gəmiçilik təhlükəsizliyini təmin etməyi hədəflədiklərini bildirib.

Fidan Qara dənizin problem mənbəyi deyil, əməkdaşlıq platformasına çevrilməsinin əhəmiyyətini vurğulayıb.

Ukraynada davamlı sülhün əldə olunması üçün dialoq və diplomatiyanı dəstəklədiklərini deyən nazir Ankara ilə həm Kiyev, həm də Moskva arasında təmasların davam etdirildiyini bildirib.

Balkanlardakı vəziyyətə toxunan Fidan Bosniya və Herseqovinada, həmçinin Serbiya ilə Kosovo arasında gərginliyin daha da dərinləşmədən qarşısının alınmasının vacib olduğunu qeyd edib.

"Yaxın koordinasiya və qabaqlayıcı diplomatiya bu bölgələrdəki kövrək sabitliyin qorunmasına və möhkəmləndirilməsinə kömək edə bilər. Eyni prinsip əsasında hərəkət edirik: qanuni institutları gücləndirmək, regional sahibliyi dəstəkləmək, təhlükəsizlik və iqtisadi imkanlar arasında güclü əlaqə yaratmaq", - o bildirib.

Fidan beynəlxalq sistemdə baş verən dəyişikliklərin daha çox regional məsuliyyət və təşəbbüs tələb etdiyini qabardıb. Onun sözlərinə görə, bu, qlobal güclərlə imkanları olan regional aktorlar arasında effektiv tərəfdaşlıqların qurulmasını da zəruri edir.

Türkiyənin xarici işlər naziri Prezident Rəcəb Tayyib Ərdoğanın amerikalı həmkarı Donald Trampla münasibətlərin müxtəlif regionlar və məsələlər üzrə əməkdaşlığın institusional əsasda dərinləşdirilməsinə töhfə verəcəyinə inandığını bildirib.

Liviya, Sudan və ümumilikdə Afrikadakı böhranlara da toxunan Fidan Türkiyə-ABŞ əməkdaşlığının uzunmüddətli münaqişələrin həllində real nəticələr verə biləcəyini qeyd edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 22 sentyabrda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Həsənoğlunun səhhətində problem yarandı, əməliyyat olundu

News thumbnail
siyaset

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

News thumbnail
siyaset

Pezeşkian ABŞ-nin Yaxın Şərq siyasətinin İslam ölkələrini yaxınlaşdırdığını bildirib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

“Putinlə üzbəüz oturmaq həyatımın ən xoş günü olmayacaq, lakin...”

Bugün, 21:31
News thumbnail
Bugün
siyaset

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat edildi

Bugün, 21:30
News thumbnail
Bugün
iqtisadiyyat

Qazaxıstanda güclü yanğın: 226 insan, 2 helikopter...

Bugün, 21:25
News thumbnail
Bugün
dunya

ABŞ, Yaponiya və Cənubi Koreya üçtərəfli tərəfdaşlıq yaradıb

Bugün, 21:24

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Sumqayıtda avtomobilin vurduğu piyada ölüb

Bugün, 21:22
News thumbnail
Bugün
siyaset

“Azərbaycanla Ermənistan arasındakı sülh prosesini dəstəkləyirik”

Bugün, 21:19
News thumbnail
Bugün
dunya

ABŞ İran jurnalistlərinin BMT Baş Assambleyasına girişinə icazə verməyib

Bugün, 21:12
News thumbnail
Bugün
dunya

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

Bugün, 21:12
News thumbnail
Bugün
huquq

“Dərin geosiyasi parçalanma ilə üz-üzəyik”

Bugün, 21:09
News thumbnail
Bugün
idman

Azərbaycanın daha 3 cüdoçusu veteranlar arasında medal qazanıb

Bugün, 21:05
News thumbnail
siyaset

Avtobusdan istifadə edənlərin diqqətinə!

News thumbnail
siyaset

Çin və Almaniya XİN başçıları Rusiya-Ukrayna münaqişəsini müzakirə ediblər