Hindistan AQEM-ə üzv dövlətlərə terrorçuluqla birgə mübarizəyə çağırış edib | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
"Hüquqinfo.az" xəbər verir ki, bunu Hindistanın xarici işlər üzrə dövlət naziri Kirti Vardhan Sinqh AQEM-in Bakıda keçirilən VII Zirvə Görüşündə deyib.
Onun sözlərinə görə, Hindistan Azərbaycanın növbəti dəfə iki il müddətinə AQEM-ə sədrliyini yüksək qiymətləndirir:
"AQEM-in sülh istiqamətində əməkdaşlığını dəstəkləyirik. Bu, Hindistanın bütün dünyanın bir ailə olması fəlsəfəsinə tam cavab verir. Biz inklüziv və konsensus prinsiplərinə əsaslanan çoxtərəfli əməkdaşlığı özündə ehtiva edən yanaşmanı dəstəkləyirik və çoxtərəfliliyin islahat edilməsinə, həmçinin qloballaşan dünyada meydana çıxan yeni çağırışlara adekvat cavab verə bilməsinə çağırış edirik".
Nazir vurğulayıb ki, müasir dövrdə təhlükəsizlik rifahın fundamental şərti olaraq qalır:
"Bu gün sülh və təhlükəsizliyə yönəlmiş başlıca təhdid terrorçuluqdur. Bunun heç bir üzrlü səbəbi mövcud deyil. Biz terrorizmə qarşı sıfır tolerantlıq mövqeyi sərgiləməli, sərhədlərdən kənarda da terrorçuluqla mübarizə aparmalıyıq. Bütün üzv dövlətlərə müraciət edirik ki, transsərhəd terrorizmə qarşı qətiyyətlə çıxış etsinlər".
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
