
Hüquqinfo.az bildirir ki,
Hindistan ABŞ ilə qarşıdan gələn danışıqlarda ikitərəfli ticarət sazişi üzərində işi irəlilətmək və aralıq müqaviləni razılaşdırmaq niyyətindədir.
"Hüquqinfo.az" "Reuters"ə istinadən xəbər verir ki, Hindistanın ticarət naziri Piyuş Qoyal sentyabrın 29-dan oktyabrın 5-dək ABŞ-də səfərdə olacaq.
P. Qoyal amerikalı həmkarı ilə ikitərəfli danışıqlar aparacaq. Hökumətin bəyanatına görə, onların məqsədi Hindistan və ABŞ arasında "balanslaşdırılmış və qarşılıqlı faydalı" ticarət sazişinin hazırlanmasını irəlilətmək, eləcə də 7 fevral 2026-cı il tarixli birgə bəyanata uyğun olaraq aralıq müqaviləni yekun olaraq razılaşdırmaqdır.
Səfər zamanı nazir Viskonsin ştatında G20 ölkələrinin ticarət nazirlərinin görüşündə də iştirak edəcək. Səfər ABŞ-nin ticarət nümayəndəsi Ceymison Qririn dəvəti ilə baş tutacaq.
Aylarla davam edən danışıqlara baxmayaraq, Hindistan və ABŞ hələ də ticarət sazişi üzrə razılığa gəlməyib. Yeni Dehli daha sərfəli şərtlər əldə etməyə çalışır.










