Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
İoannis Diamantakos: "Məqsəd Azərbaycan basketbolunun g...--:--
News
ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qə...--:--
News
Məhkəmə hakiminin 70 ildir məskunlaşdığı evi zorla əlin...--:--
News
Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq ölüb--:--
News
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb--:--
News
İoannis Diamantakos: "Məqsəd Azərbaycan basketbolunun g...--:--
News
ABŞ-ın “Dwight D. Eisenhower” atom aviadaşıyıcısında qə...--:--
News
Məhkəmə hakiminin 70 ildir məskunlaşdığı evi zorla əlin...--:--
News
Qubada 63 yaşlı kişi ağacdan yıxılaraq ölüb--:--
News
Qaradağda 30 yaşlı kişi evdə aldığı xəsarətdən ölüb--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Leyla Əliyeva Romada film təqdimatında

Bugün, 01:48
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Sentyabrın 28-də İtaliyanın paytaxtı Romada “Harmoniya” sənədli filminin təqdimat mərasimi keçirilib.

“Hüquqinfo.az” Hüquqinfo.az-a istinadən xəbər verir ki, tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Media Mərkəzinin birgə tərəfdaşlığı ilə ərsəyə gələn filmin baş prodüseri Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyevadır.

Mərasimdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı, Müqəddəs Taxt-Tacın dövlət rəsmiləri, diplomatik korpusun və dini icmaların təmsilçiləri, din xadimləri iştirak ediblər.

Tədbirdən əvvəl Azərbaycanın zəngin dini-mədəni irsini və multikultural dəyərlərini təcəssüm etdirən fotostend də nümayiş olunub.

Təqdimatda çıxış edən Azərbaycanın Müqəddəs Taxt-Tacdakı səfiri İlqar Muxtarov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkürünü bildirərək deyib: “Harmoniya” sənədli filmi bizi müxtəlifliyin dünyagörüşümüzü necə zənginləşdirə və insanları bir-birinə necə yaxınlaşdıra biləcəyi haqqında düşünməyə dəvət edir. Bu gün təqdim olunan film eyni Vətəni - Azərbaycanı paylaşan müxtəlif dini ənənələrə mənsub üç gənc qadının hekayəsindən bəhs edir. Film onların gündəlik həyatı vasitəsilə sadə, lakin dərin bir mesaj ötürür: Dini fərqliliklər insanlar arasında məsafə yaratmamalıdır".

İslamın, xristianlığın və yəhudiliyin ölkəmizdə dərin köklərə malik olduğunu diqqətə çatdıran səfir deyib: “Məscidlər, kilsələr və çoxsaylı sinaqoqlar yalnız bu müxtəlifliyin abidələri deyil. Onlar birgəyaşayışın canlı ənənəsinin bir hissəsidir. Bu tarixi ənənə dini azadlığa hörmət, mədəni və dini irsin qorunması, həmçinin dinlərarası dialoqun dəstəklənməsinə əsaslanan ardıcıl dövlət siyasəti vasitəsilə qorunub saxlanılıb və möhkəmləndirilib”.

Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının İslam işləri üzrə bürosunun rəhbəri Ata Loran Basanez Müqəddəs Taxt-Tacın Dinlərarası Dialoq üzrə Dikasteriyasının prefekti kardinal Corc Ceykob Kuvakadın müraciətini qonaqlara oxuyub. Müraciətdə kardinal “Harmoniya” sənədli filminin multikulturalizm və qarşılıqlı hörmətlə səciyyələnən kontekst daxilində Azərbaycanda müxtəlif dini ənənələrin nümayəndələri arasında birgəyaşayış təcrübəsini təqdim etdiyini bildirir. Qeyd olunub ki, filmin elə adı da bizə vacib bir məqamı xatırladır: “harmoniya fərqliliklərimizi silməyi tələb etmir, əksinə, o, bizi bu fərqlilikləri hörmət, dialoq və qardaşlıq ruhunda yaşamağı öyrənməyə səsləyir”.

Müraciətdə, həmçinin deyilir: “Dinlərarası dialoq yalnız bəyanatlar və ya rəsmi görüşlər səviyyəsində qala bilməz. O, eyni zamanda, münasibətlərdə, təhsildə, mədəniyyətdə və müxtəlif inanclara mənsub insanların yan-yana yaşamaq tərzində əksini tapır. İncəsənət və kino bu baxımdan xüsusi töhfə verə bilər. Onlar birgəyaşayış haqqında nitqlərdən kənara çıxmağa, dini kimlikləri bir-biri ilə görüşməyə, hörmət etməyə və cəmiyyətə birgə töhfə verməyə mane olmayan insanların üzlərini görməyə, səslərini eşitməyə və konkret təcrübələrini kəşf etməyə imkan yaradır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov qeyd edib ki, əsrlər boyu Şərqlə Qərbin qovşağında yerləşən Azərbaycan xalqı multikulturalizm, qarşılıqlı hörmət və dinc yanaşı yaşamaq mədəniyyətini təbii olaraq formalaşdırmış və bunu nəsildən-nəslə ötürmüşdür. O, bu gün Azərbaycanın hər yerində müxtəlif dinlərin və xalqların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşayıb-yaratdığını bildirib.

Komitə sədri “Harmoniya” sənədli filminin Azərbaycan torpağından bütün bəşəriyyətə göndərilən mühüm mənəvi mesaj olduğunu vurğulayaraq deyib: “Ölkəmizin müxtəlif müqəddəs ziyarətgahlarında və bölgələrində çəkilmiş film müxtəlif dinlərə mənsub üç qadının gündəlik həyatı, ailə dəyərləri və sarsılmaz dostluğu vasitəsilə Azərbaycanın həqiqi reallığını əks etdirir”.

Qeyd edək ki, ekran əsəri beynəlxalq festivallarda və müxtəlif kino platformalarında da təqdim olunur.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

CNN, MS NOW və “Politico” Trampın Ağ Evə giriş qadağasının dayandırılmasını istəyir

News thumbnail
siyaset

Azərbaycanda avtomobillərin sayı 2 milyona çatır

News thumbnail
siyaset

"Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Azərbaycanda avtomobillərin sayı 2 milyona çatır

Bugün, 10:28
News thumbnail
Bugün
siyaset

"Petkim"in etilen istehsalı 2 dəfə artırıla bilər

Bugün, 10:26
News thumbnail
Bugün
idman

İoannis Diamantakos Azərbaycanın qadın basketbolçulardan ibarət millisinin baş məşqçisi təyin olunub

Bugün, 10:26
News thumbnail
Bugün
huquq

Bu evdə üç mindən çox şəhidin siması yaşayır...

Bugün, 10:25

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

Bu xanıma yüksək vəzifə verildi - Foto

Bugün, 10:22
News thumbnail
Bugün
cemiyyet

Pakistanda məktəbliləri daşıyan avtobus yanıb, 11 uşaq xəsarət alıb

Bugün, 10:20
News thumbnail
Bugün
iqtisadiyyat

Ailə başçısını itirməyə görə 188 mindən çox şəxsə pensiya və müavinət ödənilib

Bugün, 10:16
News thumbnail
Bugün
idman

FIFA ehtiyatlarının böyük hissəsi üzv assosiasiyalar arasında bölüşdürülə bilər

Bugün, 10:15
News thumbnail
Bugün
huquq

DYP-dən at arabaları ilə bağlı

Bugün, 10:14
News thumbnail
Bugün
iqtisadiyyat

FSI rəhbəri: İtaliya şirkətləri Azərbaycanda sənaye sahələrinə investisiya imkanlarını dəyərləndirə bilər

Bugün, 10:12
News thumbnail
siyaset

Fransada məmurların tətil səbəbindən aviareyslərin bir hissəsi ləğv edilib

News thumbnail
siyaset

Azərbaycan AIIB-ə üzv ölkələrlə regional əməkdaşlığı müzakirə edib