Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Siyasət

İlham Əliyevin müdrik rəhbərliyi altında... - Hersoq | Hüquqinfo.az

15 okt, 13:32
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Prezident İlham Əliyevin müdrik rəhbərliyi altında Azərbaycan sabitlik nümunəsinə çevrilmiş, inanılmaz iqtisadi artım əldə etmiş və region ölkələri ilə əlaqələri möhkəmləndirib.

Axar.az Hüquqinfo.az-ya istinadla xəbər verir ki, bunu İsrail Prezidenti İshaq Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında çıxışı zamanı deyib.

İsrail prezidenti bildirib ki, sədrliyi dövründə Azərbaycan eyni baxış bucağı ilə AQEM-ə yeni nəfəs verib:

“Qlobal gərginliyin artdığı və beynəlxalq əməkdaşlığa inamın azaldığı bir dövrdə Azərbaycan AQEM-in diqqətini ən vacib məsələlərə - konstruktiv dialoqa, davamlı tərəfdaşlığa və ortaq məxrəcin axtarışına yönəltməyi bacarıb.

“İsraildə biz təcrübəmizlə görmüşük ki, təkbaşına dostluq bəyanatları heç vaxt kifayət etmir. Yaşayan və davamlı olan münasibətlər - reallıqda əlaqələr quran, praktiki əməkdaşlığı dəstəkləyən və ortaq maraq sahələrini müəyyən edən münasibətlərdir. AQEM-in vədi də məhz bundadır. Biz bu yanaşmanın gücünü Abraham Razılaşmaları vasitəsilə də yaxından gördük. Bu gün burada bizim iki tərəfdaşımız var - Bəhreyn Krallığı və Birləşmiş Ərəb Əmirlikləri. Bu razılaşmalar üst-üstə düşən maraqların siyasi reallıqları necə dəyişdirə biləcəyini göstərir. Cəmi bir neçə il əvvəl təsəvvür belə edilməsi qeyri-mümkün görünən münasibətlər indi reallıqdır.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.