Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Ən sürətlilər” mükafatlandırıldı--:--
News
Türkiyədə ölkəmizə qarşı kampaniya: daha bir bəyanat...--:--
News
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hə...--:--
News
Futboldan əldə etdiyim gəlirin 99%-ni itirdim - Karlos--:--
News
Azərbaycan millisinin Millətlər Liqasında Litva ilə oyu...--:--
News
“Ən sürətlilər” mükafatlandırıldı--:--
News
Türkiyədə ölkəmizə qarşı kampaniya: daha bir bəyanat...--:--
News
CNN: Çin qurumları İrana ABŞ obyektlərini daha dəqiq hə...--:--
News
Futboldan əldə etdiyim gəlirin 99%-ni itirdim - Karlos--:--
News
Azərbaycan millisinin Millətlər Liqasında Litva ilə oyu...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

İlqar Musayev: "Ölkənin informasiya təhlükəsizliyi yeni inkişaf mərhələsinə keçib"

Bugün, 17:18
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanda informasiya təhlükəsizliyi və xüsusi rabitə sahəsi yeni inkişaf mərhələsinə keçib.

"Hüquqinfo.az" Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinə (XRİTDX) istinadən xəbər verir ki, bunu Xidmət rəisi İlqar Musayev Dövlət Xidmətinin əməkdaşlarının peşə bayramı günü münasibətilə keçirilən tədbirdə bildirib.

O, Ümummilli Lider Heydər Əliyevin dövlətçilik fəaliyyətindən, onun müdrik və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın mürəkkəb tarixi-siyasi sınaqlardan uğurla çıxmasından və dövlət təhlükəsizliyinə daim xüsusi diqqət yetirməsindən bəhs edib. İ.Musayev, həmçinin peşə bayramının təsis olunmasının tarixi və əhəmiyyəti barədə məlumat verib.

Xidmət rəisi informasiya təhlükəsizliyi və xüsusi rabitə sahəsinin Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin daim diqqət mərkəzində olduğunu vurğulayıb. O qeyd edib ki, dövlət başçısının rəhbərliyi ilə qəbul edilən strateji qərarlar, təkmilləşdirilən normativ-hüquqi baza və maddi-texniki imkanların gücləndirilməsi bu sahənin yeni inkişaf mərhələsinə keçidinə şərait yaradıb. İ.Musayev son illərdə dövlət informasiya resurslarının təhlükəsizliyinin təmin edilməsində Xidmətin rolunun daha da genişləndiyini diqqətə çatdırıb.

Tədbir çərçivəsində Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Prezidentinin sərəncamları şəxsi heyətin diqqətinə çatdırılıb.

Bundan başqa, peşə bayramı münasibətilə XRİTDX-nin rəhbərliyi və şəxsi heyətinin iştirakı ilə silsilə tədbirlər keçirilib.

"Tədbirlər çərçivəsində Xidmətin rəhbər heyəti Fəxri xiyabanı ziyarət edərək Azərbaycan xalqının Ümummilli Lideri, müstəqil Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoyub, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da məzarı ziyarət olunaraq üzərinə gül dəstələri qoyulub", - məlumatda qeyd olunub.

Xidmətin şəxsi heyəti daha sonra Şəhidlər xiyabanını ziyarət edib, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsini ehtiramla yad edib və "Əbədi məşəl" abidəsi önünə əklil qoyub.

Eləcə də Xidməti vəzifələrini layiqincə yerinə yetirən və peşəkarlığı ilə fərqlənən hərbi qulluqçular medallar və fəxri fərmanlarla təltif olunublar.

Xatırladaq ki, Azərbaycan dövlət başçısı İlham Əliyevin 24 sentyabr 2024-cü il tarixli Sərəncamı ilə Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin yaradıldığı gün, 26 sentyabr 2012-ci il tarixi XRİTDX əməkdaşlarının peşə bayramı günü kimi təsis olunub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Bu mərkəzin əməkdaşları üçün maarifləndirmə tədbiri keçirildi

News thumbnail
siyaset

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

News thumbnail
siyaset

Səfir: Azərbaycan ilə Banqladeş arasında viza rejimi tamamilə aradan qaldırıla bilər

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

“Onlar üçün həqiqətən qürur duyuram”

Bugün, 17:09
News thumbnail
Bugün
dunya

Tramp: İran nüvə silahına sahib ola bilməz

Bugün, 17:03
News thumbnail
Bugün
siyaset

İlham Əliyev Aleksandr Oşpelt ilə görüşdü

Bugün, 17:03
News thumbnail
Bugün
siyaset

Səfir: Azərbaycan ilə Banqladeş arasında viza rejimi tamamilə aradan qaldırıla bilər

Bugün, 16:59

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Azərbaycan mebel idxalına çəkdiyi xərci 20 %-ə yaxın azaldıb

Bugün, 16:51
News thumbnail
Bugün
idman

Formula 1 üzrə Azərbaycan Qran-prisi: Rassel çempion oldu - YENİLƏNİB

Bugün, 16:50
News thumbnail
Bugün
siyaset

Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Bugün, 16:49
News thumbnail
Bugün
dunya

Pakistanda qanlı terror

Bugün, 16:45
News thumbnail
Bugün
cemiyyet

Etna vulkanının külü Kataniya hava limanında uçuşların dayandırılmasına səbəb olub

Bugün, 16:44
News thumbnail
Bugün
dunya

Rusiya bu şəhərin mərkəzini vurdu: ölənlər var

Bugün, 16:44
News thumbnail
siyaset

Prezident İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

News thumbnail
siyaset

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb