
Hüquqinfo.az bildirir ki,
Braziliya millisinin və "Real Madrid"in sabiq futbolçusu Roberto Karlos idman karyerasını başa vurduqdan sonra üzləşdiyi maliyyə problemlər barədə danışıb.
O bildirib ki, "Böyük futbolla vidalaşmağa qərar verdiyim an artıq idman direktoru kimi fəaliyyət göstərmək üçün lisenziyam var idi və müxtəlif markalarla işləyirdim:
“Bank hesabımı sıfırlayan şəxslərlə ciddi sıxıntılar yaşadım. Menecerlər və ailədaxili münaqişələr səbəbindən futboldan əldə etdiyim bütün gəlirin 99%-ni itirdim. Müəyyən yanlışlıqlara yol verdim və indi gənc futbolçulara eyni səhvləri etməmələrini məsləhət görürəm”.
Xatırladaq ki, 2025-ci ilin yanvarında keçmiş futbolçu 2009-cu ilin iyununda ailə həyatı qurduğu Mariana Lukkon ilə boşanma mərhələsinə qədəm qoyub. Həmin ərəfədə məşhur idmançının sərvətinin 162 milyon dollar civarında olduğu bildirilirdi.










