İncəsənət Gimnaziyasının binası təmirdən sonra istifadəyə verilib | Hüquqinfo.az

Hüquqinfo.az bildirir ki,
Hüquqinfo.az xəbər verir ki, elm və Təhsil Nazirliyinin sifarişi əsasında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən İncəsənət Gimnaziyasının binası əsaslı təmirdən sonra istifadəyə verilib.
Bildirilib ki, təmir işləri çərçivəsində gimnaziyada müasir tədris şəraiti yaradılıb. Burada ümumtəhsil, musiqi, təsviri və tətbiqi sənət, teatr və xoreoqrafiya şöbələri fəaliyyət göstərir. Gimnaziya tədris prosesinin təşkili üçün zəruri alət, inventar və digər avadanlıqlarla təmin edilib.
Hazırda gimnaziyada 1214 şagirdin təlim-tərbiyəsi ilə 393 müəllim məşğul olur. Gimnaziyada ümumtəhsil fənləri üzrə sinif otaqları, ixtisas fənlərinin tədrisi üçün müasir fərdi və qrup məşğələ auditoriyaları, eləcə də yaradıcılıq emalatxanaları yaradılıb. Gimnaziyada şagirdlərə milli və klassik musiqi ilə yanaşı, müxtəlif incəsənət istiqamətləri üzrə bilik və bacarıqlar aşılanır, onların yaradıcılıq potensialının inkişafına şərait yaradılır.
Qeyd edilib ki, İncəsənət Gimnaziyasının 8 yetirməsi gənc istedadların “Qızıl kitab”ına daxil edilib.
Populyar Xəbərlər

Qalatasaray Çempionlar Liqasında Ştutqartı məğlub edib | Hüquqinfo.az

Qalatasaray Ştutqart klubu ilə oyunda üstünlük qazandı | Hüquqinfo.az

Fransa həbsxanalarında məhbus sayı tarixi maksimuma yüksəldi | Hüquqinfo.az

Süni intellektə analiz nəticələrini oxutmaq təhlükə saçır | Hüquqinfo.az
Həftənin Xəbərləri

Böyük Britaniyada miqrantlar üçün daimi yaşayış icazəsi müddəti artırılır | Hüquqinfo.az
2 noy, 22:57
Donald Tramp: ABŞ Rusiya və Çin ilə qarşılıqlı kəşfiyyat fəaliyyəti həyata keçirir | Hüquqinfo.az
2 noy, 03:27
Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib | Hüquqinfo.az
1 noy, 23:13
Prezident İlham Əliyevin həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb | Hüquqinfo.az
1 noy, 22:39
"Neftçi" Şamaxıda qələbə qazanaraq turnir cədvəlində liderliyə yüksəldi | Hüquqinfo.az
1 noy, 16:55
