Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mə...--:--
News
Saatı bir ev qiymətinədir - Foto--:--
News
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bil...--:--
News
23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cən...--:--
News
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb--:--
News
Kamandan oxatma üzrə Bakı şəhər çempionatının açılış mə...--:--
News
Saatı bir ev qiymətinədir - Foto--:--
News
Sumqayıtda 67 yaşlı kişi bıçaqlanıb, arvadı şübhəli bil...--:--
News
23 saat 43 dəqiqə: Suverenlik, separatizmin sonu və Cən...--:--
News
Həkəri çayında iyulda batmış şəxsin meyiti tapılıb--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

son xeberler

Azərbaycanlı interyer dizaynerin layihəsi Çində qızıl medala layiq görülüb

Bugün, 13:52
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycanlı interyer dizayner Günel Babayevanın “JUNO - Buludlar üzərində ilahi ziyafət” adlı tematik restoran layihəsi 8 sentyabr 2026-cı ildə Çin Xalq Respublikasında keçirilən XII Memarlıq-Dekorasiya Dizayn Sənəti Əsərləri Sərgisi və Dizayn Əsərləri Müsabiqəsində qızıl medala layiq görülüb.

Günel Babayeva müsabiqə 1984-cü ildə yaradılandan bəri qızıl medala layiq görülən ilk xarici vətəndaş olub.

Çin Memarlıq Dekorasiya Assosiasiyası (CBDA) tərəfindən təşkil olunan müsabiqə memarlıq, dekorasiya və interyer dizayn sahəsində seçilən layihələrin nümayişinə və peşəkar təcrübə mübadiləsinə həsr olunub.

Günel Babayevanın “JUNO” layihəsi Bakıda yerləşən Mercure Baku City Hotel-in 13-cü mərtəbəsində həyata keçirilən tematik restoran konsepsiyasıdır. Layihədə Roma mifologiyasındakı ilahələr kraliçası Juno obrazı, Bakının “Odlar şəhəri” kimliyi və yüksək mərtəbədən açılan şəhər panoraması vahid interyer konsepsiyasında birləşdirilib.

Layihənin əsas kompozisiya elementlərini səhnə və tavan sistemi təşkil edir. Səhnənin mərkəzində yerləşən qızılı “Juno” loqosu və mifoloji fiqurlar məkanın teatrallaşdırılmış atmosferini formalaşdırır. Əyri tavan elementləri, isti işıq zolaqları və taxta konstruksiyalar isə girişdən bar və yemək zonasına, oradan səhnəyə qədər vahid vizual xətt yaradır.

İnteryerin rəng və material həllində qızılı, tünd qırmızı və tünd mavi tonlar, həmçinin taxta, mis, daş, metal və güzgü səthlərindən istifadə olunub. Layihə restoran, bar, canlı çıxış və sosial ünsiyyət funksiyalarını bir məkanda birləşdirərək hotelin 13-cü mərtəbəsini qastronomiya, şəhər mənzərəsi və əyləncəni bir araya gətirən tematik məkana çevirir.

Qeyd edək ki, bu il tədbirdə iştirak edənlərin sayının 10 min nəfərdən çox olduğu bildirilir.

Onu da bildirək ki, Günel Babayevanın layihələri bundan əvvəl keçirilən nüfuzlu beynəlxalq yarışmalarda da uğur qazanıb. O, müəlliflərindən biri olduğu şəhərsalma layihəsinə görə 2025-ci ildə "International Design Awards" (IDA) tərəfindən gümüş medal, "Youth Sustainable Innovation Summit" (YSE) çərçivəsində keçirilən "2025 Green Award" müsabiqəsində isə qızıl mükafatla təltif edilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
son xeberler

"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

News thumbnail
son xeberler

İstanbulda evdən 297 kiloqram narkotik aşkarlanıb

News thumbnail
son xeberler

40 min robotdan istifadə edəcəklər

Populyar Xəbərlər

News thumbnail
Bugün
idman

"İnter Mayami" David Alaba ilə maraqlanır

Bugün, 14:37
News thumbnail
Bugün
siyaset

Müsadirə olunub, yarı qiymətə satışa çıxarıldı - Alan yoxdur

Bugün, 14:37
News thumbnail
Bugün
dunya

KİV: Səhv AI hesabatı ABŞ-ı Çinlə qarşıdurmanın astanasına gətirib

Bugün, 14:32
News thumbnail
Bugün
siyaset

Elçin Yusubov Rumıniyada mühüm görüşlər keçirdi - Foto

Bugün, 14:28

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Füzulidə ağır qəza

Bugün, 14:15
News thumbnail
Bugün
siyaset

Bir qrup neft sənayesi işçisi təltif edilib - SƏRƏNCAM

Bugün, 14:11
News thumbnail
Bugün
son xeberler

"Formula-1 Azərbaycan Qran-Prisi" ilə əlaqədar bir sıra marşrutların hərəkət sxemi dəyişdirilir

Bugün, 14:09
News thumbnail
Bugün
siyaset

Prezident onları təltif etdi

Bugün, 14:08
News thumbnail
Bugün
huquq

Aygünü küçədə 17 bıçaq zərbəsi ilə öldürən ərinə

Bugün, 14:05
News thumbnail
Bugün
cemiyyet

Uzun illər sonra efirə qayıdır

Bugün, 14:05
News thumbnail
son xeberler

Duetləri yayımlandı

News thumbnail
son xeberler

Pakistanda təhlükəsizlik əməliyyatları çərçivəsində 11 terrorçu zərərsizləşdirilib