Hüquqinfo.az bildirir ki,
İranın xarici işlər naziri Abbas Əraqçi və onu müşayiət edən nümayəndə heyəti bu gün Nyu-Yorkda qətərli vasitəçilərlə görüş keçirəcək.
“Tasnim” xəbər verir ki, görüşdə son proseslər barədə fikir mübadiləsi aparılacaq.
Məlumata görə, danışıqlar bu gün və ya sabah ABŞ-da İranın xarici işlər naziri Abbas Əraqçi və Amerika tərəfi ilə ayrı-ayrılıqda aparılacaq.
Mənbənin sözlərinə görə, dialoq İranın irəli sürdüyü 7 günlük planın düzəliş edilmiş versiyası üzərində keçiriləcək.










