Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
News
KİV: Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon ş...--:--
News
İstanbulda İran təyyarəsinə həbs qoyulub--:--
News
Xamenei: İran xalqı Hörmüz boğazını qorumaq əzmindədir--:--
News
Muhsin Yazıcıoğlunun ölümü ilə bağlı istintaq çərçivəsi...--:--
News
İran münaqişənin nizamlanması şərtləri ilə bağlı ABŞ-ni...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

İstanbullu Mehmetə məktub...

Dünən, 09:40
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Sevgili Mehmet, eşitdim məndən incimisən. Səbəbini də bilirəm: 24 sentyabr 2026-cı ildə İsrailin baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış etdiyi zaman Azərbaycanın BMT-dəki nümayəndəliyinin əməkdaşı zalı tərk etməyib.

Tək bu fakta görə inciyib telefon zənglərimə də cavab vermirsən, küskünlüyünü sosial media hesabından büruzə verirsən. Məni daha çox üzənsə budur ki, səndən fərqli olaraq, bəzi Türkiyə vətəndaşları bu məsələdən müttəfiqliyimizi sarsıtmaq, Azərbaycana və azərbaycanlılara qarşı kin qusmaq üçün istifadə etməyə başlayıb.

Sizdə də, bizdə də belə bir atalar sözü var: könül umduğu yerdən küsər. Mən də məsələyə əvvəlcə bu prizmadan yanaşmaq istədim. Amma sosial mediada Azərbaycan və Türkiyə vətəndaşlarının bir-birinə girdiyini ürək ağrısı ilə müşahidə etdikdən sonra sənə bu məktubu yazmaq qərarına gəldim.

İkimiz də bilirik ki, Amerikadan Avstraliyaya qədər bütün dünyada diplomatlar məmur olaraq özbaşına addım atmazlar, rəhbərlikdən gələn əmri yerinə yetirərlər. Azərbaycanın BMT-dəki nümayəndəliyinin gənc əməkdaşı da bu cür davranıb. Onun yerində Azərbaycanın BMT-dəki səfiri otursaydı, inciməyini bəlkə də başa düşərdim. Amma əmr qulu olan gənc adamı doğulduğuna peşman etmək cəhdləri nəyə yarar ki?

Sən bilirsən ki, dünyada Türkiyə-Azərbaycan müttəfiqliyinin bənzəri və analoqu yoxdur. Ölkələrimiz də, rəhbərlərimiz də tarixi Şuşa Bəyannaməsinin tələbinə uyğun olaraq xarici siyasətlərini hər zaman uzlaşdırdıqlarını dəfələrlə bəyan ediblər. Netanyahu çıxış edərkən həmin gənc diplomatımızın orada oturmasının Türkiyə ilə razılaşdırılmadığını nədən bilirsən? Və bilməyə-bilməyə faktı niyə elə təqdim edirsən ki, sanki Netanyahu çıxış edərkən hamı zalı tərk edib, bircə Azərbaycan nümayəndəsi onu dinləyib? Axı zalı tərk edən ölkələrin sayı 70-dən, tərk etməyən ölkələrin sayı isə 120-dən çox olub.

Ermənistanın Robert Koçaryan və Serj Sarkisyan adlı iki prezidenti olub. Onlar Qarabağ erməniləri idilər. Azərbaycan torpaqlarını işğal edəndən sonra gedib Ermənistanı da işğal etmişdilər. Bəbək qatili Abdullah Öcalan sizin üçün kimdirsə, onlar da bizim üçün odur. Hər iki şəxs beynəlxalq tribunalardan Azərbaycan torpaqlarının işğalında iştirak etdiklərini və bununla qürur duyduqlarını bəyan edərdi. O zamanlar Türkiyə təmsilçiləri zalı tərk etməzdilər, biz də buna görə onlardan inciməzdik. Əksinə, özümüz zalı tərk edərkən onların çıxışları haqqında məlumatları türkiyəli qardaşlarımızdan alardıq.

İkinci Qarabağ müharibəsində Azərbaycana ən böyük dəstəyi Türkiyə verib və burada təəccüblü heç nə yoxdur. Bir millət - iki dövlət elə bu cür olur: Çanaqqalada çiyin-çiyinə savaşmışıq, Sarıqamışda birlikdə donmuşuq, Nargin adasındakı əsir Osmanlı əsgərlərini qaçırıb Türkiyəyə yola salmışıq, Bakını işğaldan azad etmək üçün İstanbuldan Qafqaz İslam Ordusunun göndərilməsini istəmişik, Qurtuluş savaşında Atatürkün bir çağırışı ilə “qardaşın qardaşa borcu olmaz” deyərək neft, mazut və qızıl göndərmişik, 70 il sovet işğalı altında Türkiyə həsrəti ilə alışıb yanmışıq, 20 Yanvar 1990-cı ildə sovet əsgərləri bizi qanımıza qəltan edəndə Azadlıq meydanında həm də Türkiyə bayrağı qaldırmışıq, Naxçıvanımız bu qətliama etiraz əlaməti olaraq SSRİ tərkibindən çıxdığını və Türkiyəyə birləşdiyini elan edib, neftimizi dünyaya ixrac etmək imkanımız yaranarkən boru kəmərinin Türkiyədən keçməsi üçün neçə çevriliş və qiyama sinə gərmişik, zəlzələdə və meşə yanğınlarında çağırış gözləmədən yardıma gəlmişik.

Bilməyini istəyirəm ki, biz heç vaxt Türkiyədən küsməmişik – nə Qurtuluş savaşı zamanı Atatürk Lenindən yardım almaq üçün Azərbaycanın sovetləşdirilməsinə razılaşanda, nə Stalinin tələbi ilə Məhəmməd Əmin Rəsulzadə Türkiyədən deport olunanda, nə də 1990-cı ilin 20 Yanvar qətliamı zamanı Turqut Özal “onlar şiədirlər, dəstəyi də İrandan gözləsinlər” açıqlamasını verəndə, nə də Kəlbəcərin işğalı zamanı Prezident Elçibəyin qadın və uşaqları çıxarmaq üçün istədiyi iki helikopteri verməyəndə.

Gəl yaddaşımızı bir az da təzələyək. 24 aprel 2014-cü ildə Praqada Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramının beş illiyinə həsr olunmuş sammit keçirilirdi. Ermənistanın ozamankı prezidenti Serj Sarkisyan təqvimə söykənərək Türkiyənin iştirak etmədiyi həmin toplantıda 1915-ci il olaylarını və Türkiyə ilə bağlı məsələləri gündəmə gətirmiş, tarixi yalanlarla iştirakçıları aldatmağa çalışmışdı. Xoşbəxtlikdən Azərbaycan Prezidenti İlham Əliyev oradaydı və ona dillər əzbəri olacaq cavab vermişdi: “Türkiyə burada yoxdur, mən buradayam və cavabınızı verəcəyəm” (https://www.youtube.com/watch?v=KrlFe45JnWs). Bundan gözəl qardaşlıq cümləsi, bundan ötə siyasi jest varmı? Biz də hər zaman eyni dəstəyi Türkiyəmizdən görmüşük.

Əziz Mehmet, bilməyini istəyirəm ki, Azərbaycan ərazisində yüz illərdir yəhudilər yaşayır və azərbaycanlılarla onlar arasında nə etnik, nə də dini zəmində heç vaxt münaqişə olmayıb. Azərbaycanda yaşayan digər xalqların nümayəndələri ilə də eyni münasibətimiz olub. Bu da Azərbaycanın multikultural, xalqımızın tolerant xarakterindən irəli gəlib. Elə bu xoş münasibətin nəticəsi idi ki, Sovet İttifaqı dağılandan sonra Azərbaycandan dünyanın müxtəlif ölkələrinə köçmüş yəhudilər hələ diasporu olmayan gənc ölkəmizin dünyadakı haqq səsi olmağı könüllü olaraq öz üzərlərinə götürmüşdülər.

İkinci Qarabağ savaşında Türkiyə ilə yanaşı, Pakistan və İsraildən də müttəfiq dəstəyi görmüşük. Üzərindən altı il keçsə də, biz dostlarımızı da, müttəfiqlərimizi də unutmuruq. Və sən də unutmamısansa, 2026-cı ilin yayında İsrail hökuməti 1915-ci il olaylarının “erməni soyqırımı” kimi tanınmasına dair qərar qəbul etmişdi. Bu qərar açıqlanan kimi rəsmi Bakı qərardan ciddi rahatsızlığını bildirdi, İsrail hökumətini onu yenidən nəzərdən keçirməyə çağırdı. Daha sonra Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bəyan etdi ki, Prezident İlham Əliyevin tapşırığı ilə intensiv diplomatik təmaslar aparılıb və Azərbaycan tərəfinin ismarışları İsrail tərəfindən ciddi qəbul edilib, məsələ Knessetə daşınmayıb. İsrail qaynaqları da Bakının diplomatik müdaxiləsi barədə faktı təsdiqlədi. Azərbaycanın İsraillə münasibətləri normal olmasaydı, bizim hökumət bu qərarın qarşısını ala bilərdimi?

İran və Türkiyədəki bəzi media orqanlarında Fələstin davasına xəyanət etməklə bağlı Azərbaycana qarşı çeşidli ittihamlar səslənir. Bu tipli sionizm ittihamlarına da ən tutarlı cavabı vaxtilə elə Azərbaycan Prezidenti İlham Əliyev vermişdi: “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir”.

Bilirsənmi bu nə deməkdir? Dünyada 22 ərəb ölkəsi var və onların hamısı Ərəb Dövlətləri Liqasında birləşib. Əgər onlar Fələstin davasında səmimi olsaydılar, nəinki İsraili yer üzündən silərdilər, heç İsrailin yaranmasına imkan da verməzdilər. Bu ölkələrdən fərqli olaraq, Azərbaycan İsraillə gizli əməkdaşlıq etmir. Heç özünə sual vermisənmi – özünü Fələstin davasının bayraqdarı elan edən İran ABŞ və İsraillə müharibə zamanı bəzi ərəb ölkələrini niyə bombalayır? Çünki orada ABŞ hərbi bazaları mövcuddur. Amma bu ölkələr NATO üzvü deyil. O zaman niyə orada ABŞ bazaları var?

Dəyərli dostum, 2007-ci ildə Hrant Dink öldürüləndən sonra İstanbul küçələrində “Hepimiz ermeniyiz” şüarı ilə mitinqlər keçiriləndə, 2009-cu ildə Sürix protokolları Azərbaycandan xəbərsiz imzalananda, Bursada keçirilən Türkiyə-Ermənistan futbol matçı zamanı Azərbaycan bayrağı zibil qutusuna atılanda səninlə etdiyimiz söhbətləri xatırlayıram. Həmin matça Ermənistanın tələbi ilə Azərbaycan bayrağı buraxılmamış, Türkiyənin iki qolundan birini Azərbaycan əsilli Sərvət Çətin vurmuşdu. O zaman Türkiyə qəzetlərindən biri “Azeri bayrağını stada bırakmadılar, azeriden gol yediler” cümləsi ilə xəbəri manşetə daşımışdı. Bu olaylardan çox üzgün idin, Azərbaycana qarşı xainlik yapan hər kəsi lənətləyirdin. Həmin vaxt dediyin bir cümləni heç vaxt unutmuram: “Tüm problemlerimiz Soyad kanunundan sonra başladı. Ermenisi, yunanı ve diğerleri türk soyadı kabül edip türk gibi görünmeye başladı. Türk vefalıdır. Nerde Azerbaycan düşmanlığı yapan birisini görürseniz, emin olun: ya kanında, ya sütünde bir bozukluk vardır”.

Sayğıdəyər arkadaşım, qanı və südü pozuqların fətvasına uyma! Biz Türkiyədən küsmədiyimiz kimi, sən də Azərbaycandan küsmə! Əgər bu məktubu oxudunsa, zəng elə! Gözləyirəm.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Radiodakı çıxışından sonra evi yandırıldı, özü döyülərək öldürüldü

News thumbnail
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

News thumbnail
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Puerto-Riko sahillərində qayığın çevrilməsi nəticəsində 2 nəfər ölüb

Bugün, 03:53
News thumbnail
Bugün
iqtisadiyyat

Ancelina Coli tarixi malikanəsini satdı

Bugün, 03:50
News thumbnail
Bugün
dunya

Aİ Slovakiyaya Ukraynaya verilən silahlara görə 105 milyon avro ödəyəcək

Bugün, 03:38
News thumbnail
Bugün
son xeberler

OpenAI təhlükəsizlik problemlərinə görə GPT-6.1 Astra-nın buraxılışını təxirə salıb

Bugün, 03:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
huquq

17 il əvvəl öldürülən müxalifət liderinə görə 36 nəfər həbs edildi

Bugün, 03:17
News thumbnail
Bugün
cemiyyet

Əvəz Zeynallı: Şərəfli və Mübarizəli Ömür Yolu (Xronika)

Bugün, 03:06
News thumbnail
Bugün
dunya

ABŞ bu ölkələrin rəsmilərinə viza qadağası qoydu

Bugün, 03:00
News thumbnail
Bugün
iqtisadiyyat

3 milyon borca görə təyyarə saxlanıldı

Bugün, 02:50
News thumbnail
Bugün
iqtisadiyyat

Britaniya ABŞ-dan dizel ixracına qadağa qoymamağı xahiş edib

Bugün, 02:47
News thumbnail
Bugün
siyaset

“Tezliklə benzin qiymətləri düşəcək”

Bugün, 02:35
News thumbnail
siyaset

Leyla Əliyeva Romada film təqdimatında

News thumbnail
siyaset

XXI Əsrin Cihad Ruhu və Zəfərin Strateji Məqamları Şəbəkələrdə geniş əks-səda doğuran mövzu ilə bağlı diqqətdaşayan çıxış təqdim olunub.