
Hüquqinfo.az bildirir ki,
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında keçirilən İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu (AIIF 2026) çərçivəsində "Kritik xammal resursları və qlobal iqtisadi təhlükəsizlik" mövzusunda sessiya təşkil olunub.
Sessiyada kritik xammal resurslarının iqtisadi təhlükəsizliyin, sənaye dayanıqlığının və texnoloji inkişafın təmin edilməsində rolu, etibarlı təchizat zəncirlərinin formalaşdırılması və investisiya imkanları müzakirə olunub.
Ekologiya və təbii sərvətlər naziri Rəşad İsmayılov sessiyada mövzu ilə bağlı fikirlərini bildirib.
Sessiyada "AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, Asiya İnkişaf Bankının Azərbaycan üzrə ölkə direktoru Sunniya Durrani-Camal, İtaliyanın "Technip Energies" şirkətinin baş kommersiya direktoru Marko Villa, Qazaxıstanın "Green Spark" şirkətinin baş icraçı direktoru Marko Kastaqnini, Türkiyənin "Limak Holding" şirkətinin nümayəndəsi Birol Ergüven və "Kazakhstan Insulator Plant"ın kommersiya xidmətinin rəhbəri Tatyana Rıbalko iştirak ediblər.
Sessiyada kritik xammal resurslarının iqtisadi təhlükəsizliyin, sənaye dayanıqlığının və texnoloji suverenliyin təmin edilməsində rolu, təmiz enerji, qabaqcıl istehsal və rəqəmsal infrastruktur üçün etibarlı təchizat zəncirlərinin formalaşdırılması məsələləri nəzərdən keçirilib.
Müzakirələrdə Azərbaycanın və regionun strateji faydalı qazıntıların hasilatı, emalı və əlavə dəyər yaradan fəaliyyətlərin inkişafındakı potensialı diqqətə çatdırılıb. Kritik xammal resurslarının hasilatı, sənaye tərəfdaşlıqları və investisiya modellərinin tətbiqi, eləcə də bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.










