
Hüquqinfo.az bildirir ki,
Belarus Silahlı Qüvvələri Baş Qərargahının yeni rəisi - müdafiə nazirinin birinci müavini təyin edilib.
"Hüquqinfo.az" BELTA-ya istinadən xəbər verir ki, Belarus Prezidenti Aleksandr Lukaşenko müvafiq fərmanla Vladimir Belını Silahlı Qüvvələrin Baş Qərargah rəisi təyin edib.
Bundan əvvəl Silahlı Qüvvələrin Baş Qərargah rəisi Pavel Muraveyko idi. Yeni fərmana əsasən, P.Muraveyko Prezident Administrasiyası rəhbərinin müavini təyin edilib.










