
Hüquqinfo.az bildirir ki,
Macarıstan parlamenti mobil telefon oğurlamaqda ittiham olunan Baş nazir Peter Magyarın deputat toxunulmazlığını ləğv edib.
Məlumata görə, təşəbbüsü 139 deputat dəstəkləyib, əleyhinə və bitərəf qalan olmayıb.
Qeyd edək ki, Macarıstanın Baş Prokurorluğu 2024-cü ilin yayında baş vermiş insidentlə əlaqədar ölkənin Baş nazirinin deputat toxunulmazlığının ləğv edilməsini istəyib. Həmin vaxt Magyar “Ötkert” gecə klubunda onu telefonla çəkən şəxslə mübahisə edib. O, çəkiliş aparan şəxsin əlindən telefonu alaraq Dunay çayına atıb. Telefon daha sonra dalğıcların köməyi ilə sudan çıxarılıb. Hadisə ilə bağlı oğurluq şübhəsi əsasında araşdırma aparılır.










