Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan--:--
News
Sülh Şurası Qəzza üçün 2,45 milyard dollarlıq bərpa pla...--:--
News
Kiyevdə dron dəmiryolu vağzalının yaxınlığında biznes m...--:--
News
İllər sonra bu kanalda efirə çıxacaq - Foto--:--
News
Efiopiyada Tıqray qüvvələri Mekele hava limanını ələ ke...--:--
News
Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan--:--
News
Sülh Şurası Qəzza üçün 2,45 milyard dollarlıq bərpa pla...--:--
News
Kiyevdə dron dəmiryolu vağzalının yaxınlığında biznes m...--:--
News
İllər sonra bu kanalda efirə çıxacaq - Foto--:--
News
Efiopiyada Tıqray qüvvələri Mekele hava limanını ələ ke...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Masazırda yük və minik maşınları toqquşub, ölən və xəsarət alanlar var - YENİLƏNİB

Bugün, 13:09
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Baş Dövlət Yol Polisi İdarəsi Bakı–Quba yolunda baş verən ağır yol-nəqliyyat hadisəsi ilə bağlı məlumat yayıb.

İdarədən Hüquqinfo.az-ya verilən məlumata görə, bu gün saat 12:05 radələrində Bakı–Quba avtomobil yolunun 13,5-ci kilometrliyində 01-CN-479 dövlət qeydiyyat nişanlı “Scania” markalı yük avtomobili ayırıcı sədlə toqquşduqdan sonra qarşı hərəkət zolağına çıxaraq 99-PK-293 dövlət qeydiyyat nişanlı “Ravon” markalı minik avtomobilinin üzərinə aşıb.

İlkin məlumata görə, hadisə nəticəsində minik avtomobilində olan bir nəfər hadisə yerində həyatını itirib, digər şəxs isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Baş Dövlət Yol Polisi İdarəsi dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, bəzi yük avtomobili sürücülərinin sürət həddinə, ara məsafəsinə, ötmə və manevretmə qaydalarına məhəl qoymamasını, eləcə də yol və hava şəraitini düzgün qiymətləndirmədən hərəkəti davam etdirməsini yolverilməz hesab edir. Ağırtonnajlı nəqliyyat vasitəsinin sükanı arxasında yol verilən məsuliyyətsizlik adi qayda pozuntusu deyil — digər insanların həyatını birbaşa təhlükə altına atan son dərəcə təhlükəli davranışdır. Bir sürücünün səhlənkarlığının günahsız insanların ölümü və ağır xəsarət alması ilə nəticələnməsi heç bir halda qəbul edilə bilməz.

Bir daha qəti şəkildə bildiririk ki, yolları təhlükə mənbəyinə çevirən, digər hərəkət iştirakçılarının həyatına açıq təhdid yaradan yük avtomobili sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər daha da sərtləşdiriləcək. Kobud qayda pozuntularına yol verən, insanların həyat və sağlamlığını təhlükəyə atan şəxslər barəsində qanunvericiliyin tələblərinə uyğun ən ciddi və təsirli tədbirlər görüləcək.

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Abşeron rayonu, Masazır kəndi ərazisində iritutumlu yük avtomobili və minik avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən Hüquqinfo.az-ya verilən xəbərə görə, məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb edilib.

Xilasedicilər tərəfindən minik avtomobilində sıxılı vəziyyətdə qalmış 1 nəfərin cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Hadisə nəticəsində 2 nəfər xəsarət alıb.

Həmçinin, avtoqəza nəticəsində ətrafa dağılmış yanacaq yanğınsöndürənlər tərəfindən yuyularaq ərazidə müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Sülh Şurası Qəzza üçün 2,45 milyard dollarlıq bərpa planı təqdim edəcək

News thumbnail
siyaset

Dünya Bankı və işgüzar dairələr Orta Dəhlizin perspektivlərini müzakirə edib

News thumbnail
siyaset

İran və Azərbaycan Xəzərin ekoloji problemlərini müzakirə edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Şarl Lekler: "Azərbaycan Qran-prisi zövq aldığım yarışlardan biridir"

Bugün, 13:48
News thumbnail
Bugün
idman

"Red Bull" pilotu İsak Hacar: "Bakıda qalib gəlmək istəyirəm"

Bugün, 13:45
News thumbnail
Bugün
dunya

Məşhur reper işçilərini girov götürüb onlara atəş açdı

Bugün, 13:44
News thumbnail
Bugün
dunya

İşçilərini girov götürüb onlara atəş açdı

Bugün, 13:44

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Kiyevdə dron dəmiryolu vağzalının yaxınlığında biznes mərkəzinə düşüb: ölən və yaralananlar var

Bugün, 13:42
News thumbnail
Bugün
siyaset

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

Bugün, 13:41
News thumbnail
Bugün
siyaset

IEC energetika sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır

Bugün, 13:39
News thumbnail
Bugün
dunya

Narkobaronlar ukraynalı operatorları işə götürür

Bugün, 13:38
News thumbnail
Bugün
iqtisadiyyat

Avtomobil kanala aşdı, xəsarət alan var

Bugün, 13:35
News thumbnail
Bugün
cemiyyet

BMW suvarma kanalına aşdı

Bugün, 13:35
News thumbnail
siyaset

Peskov Putinin Trampla görüş keçirməyə hazır olduğunu bəyan edib

News thumbnail
siyaset

IEC energetika sahəsində Azərbaycana dəstək göstərməyə hazırdır