
Hüquqinfo.az bildirir ki,
Azərbaycanın Türkmənistandakı səfiri və Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin layihə ofisi "Mərkəzi Asiya + Azərbaycan" formatında ekoloji dialoqun inkişafını müzakirə ediblər.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Azərbaycanın Türkmənistandakı səfirliyi məlumat yayıb.
Azərbaycan səfiri Qismət Gözəlovun Mərkəzi Asiya Regional Ekoloji Mərkəzinin Türkmənistandakı layihə ofisinin direktoru Mergen Kepbanovla sentyabrın 22-də Aşqabadda işgüzar görüşü keçirilib.
İştirakçılar Azərbaycan və Mərkəzi Asiya ölkələrinin təşkilatları arasında ekoloji qarşılıqlı fəaliyyətin daha da inkişaf etdirilməsinin vacibliyini qeyd ediblər.









