
Hüquqinfo.az bildirir ki,
Türkiyə, Gürcüstan və Azərbaycanın Daxili İşlər nazirlikləri (DİN) arasında cinayətkarlığa qarşı birgə mübarizə məsələlərinin müzakirəsi üçün üçtərəfli mexanizmin yaradılması planlaşdırılır.
"Report" xəbər verir ki, bunu Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi "TGRT Haber"ə müsahibəsində deyib.
O bildirib ki, Gürcüstana son səfəri zamanı Türkiyə, Gürcüstan və Azərbaycan arasında üçtərəfli mexanizmin yaradılması təklifini irəli sürüb.
Xatırladaq ki, M. Çiftçi Gürcüstana səfəri çərçivəsində gürcüstanlı həmkarı ilə cinayətkarlığa qarşı birgə mübarizə məsələlərini müzakirə edib.









