










Hüquqinfo.az bildirir ki,
Prezident İlham Əliyevin sentyabrın 23-də imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncama uyğun olaraq Naxçıvanda cəza çəkən iki Türkiyə vətəndaşı azadlığa buraxılıb.
"Hüquqinfo.az"un yerli bürosu xəbər verir ki, əfv olunan şəxslər arasında Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Qarışıq rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən iki nəfər – Türkiyə Respublikasının vətəndaşları Demir Mehmet və Özdemir Salih də yer alıb.
Sərəncamın icrası dərhal təmin edilərə, adıçəkilən şəxslər bu gündən etibarən azadlığa buraxılıblar.






