Hüquqinfo.az
Hüquqinfo.az — hüquq və xəbər portalı
Siyasət

Nazir: Azərbaycanın AQEM-ə sədrliyi dövründə müəyyən etdiyi prioritetlər BƏƏ-nin baxışları ilə üst-üstə düşür | Hüquqinfo.az

15 okt, 15:34
Xəbər şəkli

Hüquqinfo.az bildirir ki,

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) Azərbaycanın sədrliyinin qarşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf sahələrində prioritetləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) baxışları və siyasi kursu ilə üst-üstə düşür.

"Hüquqinfo.az" xəbər verir ki, bunu BƏƏ-nin xarici işlər üzrə dövlət naziri Xəlifə bin Şahin Əl-Mərrar Bakıda keçirilən AQEM-in VII Zirvə Görüşündə deyib.

"AQEM-in VII Zirvə Görüşünün mövzusu Asiyada qarşılıqlı əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişafa həsr olunub. Azərbaycanın sədrliyinin bu sahələrdə prioritetləri Birləşmiş Ərəb Əmirliklərinin baxışları və siyasi kursu ilə üst-üstə düşür", – o qeyd edib.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.