
Hüquqinfo.az bildirir ki,
Nigerin qərbində, "İslam Dövləti"nin regional qolu da daxil olmaqla cihadçı qrupların fəal olduğu Sahel bölgəsində iki hücum nəticəsində ölkənin təhlükəsizlik qüvvələrinin 50-dən çox üzvü öldürülüb.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə "Reuters"ə iki təhlükəsizlik mənbəsi məlumat verib.
Mənbələrin bildirdiyinə görə, ötən həftənin çərşənbə günü Abala-Filinqe şəhəri yaxınlığında jandarmlardan ibarət konvoya pusqu qurulub. Şənbə günü isə Birni-Nkonni şəhərində baş verən ayrı-ayrı hücum nəticəsində 30-dan çox hərbçi öldürülüb.
Mənbələr hücumların terrorçular tərəfindən həyata keçirildiyini bildirib, lakin əlavə təfərrüat verməyiblər.










