
Hüquqinfo.az bildirir ki,
BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Nyu-Yorkda Məkkə sazişi ölkələrinin xarici işlər nazirlərinin görüşü keçirilib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayıb.
Görüş Türkiyənin XİN başçısı Hakan Fidan, onun pakistanlı həmkarı Məhəmməd İshaq Dar və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Al Səud arasında baş tutub.
Xatırladaq ki, avqustun 7-də Məkkədə Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan kollektiv müdafiə haqqında saziş imzalayıb. Razılaşmaya əsasən, iştirakçılardan birinə hücum hər üç ölkəyə hücum kimi qiymətləndiriləcək. Husilərin Səudiyyə Ərəbistanına hücumları isə Türkiyə və Pakistanın Ər-Riyada yardım edib-etməyəcəyini gündəmə gətirib.









