




Hüquqinfo.az bildirir ki,
Kolumbiya hökuməti Tehranın ünvanına "beynəlxalq terror strukturları ilə ehtimal olunan əlaqələr" barədə ittihamlar irəli sürərək İranla diplomatik münasibətləri dayandırmaq qərarına gəlib.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Latın Amerikası ölkəsinin Xarici İşlər Nazirliyinin (XİN) məlumatında deyilir.
"Xarici İşlər Nazirliyi Kolumbiya hökuməti adından bildirir ki, İran İslam Respublikası ilə diplomatik münasibətləri rəsmən dayandırır. Bu qərar İran rəhbərliyinin milli təhlükəsizliyə təhdid yaradan beynəlxalq terror strukturları və digər narkoterror təşkilatları ilə ehtimal olunan əlaqələri ilə şərtlənir", - XİN-in bəyanatında qeyd olunub.
Boqotanın fikrincə, İran hakimiyyətinin insan hüquqlarının pozulmasında, Yaxın Şərq münaqişəsinə cəlb olunmayan dövlətlərə hücumlarda, Hörmüz boğazının bağlanmasında, eləcə də İranın nüvə proqramının yoxlanılması çərçivəsində Beynəlxalq Atom Enerjisi Agentliyinin işinə maneələrin yaradılmasında əli var.
Kolumbiya XİN vurğulayıb ki, diplomatik münasibətlərin dayandırılması iki ölkə arasında konsulluq əlaqələrinin kəsilməsi demək deyil.









