
Hüquqinfo.az bildirir ki,
Tramp Marşrutu” (TRİPP) layihəsinin reallaşdırılması Ermənistanın iqtisadiyyatında yeni mərhələnin başlanmasına səbəb olmaqla yanaşı, regiondakı və beynəlxalq logistika əlaqələrinə də təsir göstərə bilər.
Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-da keçirilən “Konkordiya” sammitində panel müzakirəsi zamanı deyib.
“Layihənin həyata keçirilməsi regional əlaqələrin genişlənməsinə imkan verəcək və Ermənistanla Azərbaycan arasında dəmir yolu bağlantısının yaranmasına şərait yaradacaq.
Türkiyə ilə sərhədin açılması və bununla paralel olaraq iki ölkə arasında dəmir yolu əlaqəsinin bərpasını da gözləyirik. TRİPP yalnız regiondaxili nəqliyyat əlaqələrinə təsir etməyəcək.
Layihənin həyata keçirilməsi Şərqlə Qərb arasında yeni nəqliyyat xəttinin formalaşmasına və nəticə etibarilə beynəlxalq logistika marşrutlarının dəyişməsinə səbəb ola bilər”.










