
Hüquqinfo.az bildirir ki,
Polşa müdafiə nazirinin müavini Maqdalena Sobkovyak-Çarneçka ölkədə "Patriot" zenit-raket sistemi istehsalı zavodunun tikintisi təklifini irəli sürüb.
"Biz təklif etmişik ki, əgər belə zavodun Ukraynada tikintisi planlaşdırılırsa, onun əvəzinə Polşada - sözdə təhlükəsiz zonada yerləşdirilməsi lazımdır", - radiostansiya nazir müavininin sözlərini sitat gətirib.
Sobkovyak-Çarneçka əlavə edib ki, zavodun Polşada yerləşməsi ABŞ hökumətinin Ukrayna ilə bağlı qərarlarından asılı deyil.










