Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
“Yatanda da gözlərim bağlanmır...”--:--
News
Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keç...--:--
News
17 yaşında həbs edilmişdi--:--
News
Trampdan Zelenskiyə cavab: Maskla özün danış!--:--
News
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə ...--:--
News
“Yatanda da gözlərim bağlanmır...”--:--
News
Paytaxtda Anım Gününə həsr edilən ağacəkmə aksiyası keç...--:--
News
17 yaşında həbs edilmişdi--:--
News
Trampdan Zelenskiyə cavab: Maskla özün danış!--:--
News
"Formula 1": Bakı Bulvarında əyləncə zonası fəaliyyətə ...--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul edib - FOTO

Bugün, 11:16
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib.

Dövlət başçısı Azərbaycanla Estoniya arasında əməkdaşlığın genişləndirilməsində müxtəlif səviyyəli qarşılıqlı səfərlərin və təmasların önəminə toxundu.

Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev bu xüsusda Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın ölkəmizə builki səfərlərini qeyd etdi.

Estoniyanın Azərbaycana ilk səfiri təyin olunmasından şərəf hissi duyduğunu deyən Tiina Nirk ölkələrimiz, həmçinin Azərbaycanla Avropa İttifaqı arasında əlaqələrin inkişafı üçün səylə çalışacağını vurğuladı.

Azərbaycanın Orta Dəhlizdə mühüm mövqedə yerləşdiyini qeyd edən səfir bir çox sahədə, o cümlədən siyasi dialoq, biznes, informasiya texnologiyaları, logistika və digər istiqamətlər üzrə tərəfdaşlığı genişləndirmək üçün yaxşı potensialın olduğunu dedi.

Tiina Nirk təhsil sahəsində də əməkdaşlıq baxımından geniş imkanlara toxunaraq, bu xüsusda 200-ə yaxın azərbaycanlı tələbənin Estoniyada təhsil aldığını qeyd etdi.

Səfir, həmçinin Azərbaycanın Ukraynaya göstərdiyi humanitar yardımları yüksək qiymətləndirdi.

Görüşdə Estoniyanın Azərbaycanda səfirliyinin açılmasının ikitərəfli münasibətlərimizin daha da inkişaf etməsinə mühüm töhfə verəcəyi vurğulandı, iqtisadi-ticari əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətinə toxunuldu və qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Milli Məclisdə QHT-lərin fəaliyyəti müzakirə olunacaq

News thumbnail
siyaset

Milli Məclisdə dini abidələrlə bağlı dinləmənin keçirilməsi nəzərdə tutulur

News thumbnail
siyaset

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

Milli Məclisdə dini abidələrlə bağlı dinləmənin keçirilməsi nəzərdə tutulur

Bugün, 11:52
News thumbnail
Bugün
siyaset

ADSEA sədrinin vətəndaşlarla görüş tarixi dəyişdirilib

Bugün, 11:50
News thumbnail
Bugün
cemiyyet

Yanan maşındakı ata-oğulu son anda xilas etdilər

Bugün, 11:50
News thumbnail
Bugün
siyaset

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək

Bugün, 11:49

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

İki stansiya buna görə pulsuz olubmuş - Rəsmi

Bugün, 11:48
News thumbnail
Bugün
dunya

Litva və ABŞ PUA-ların birgə istehsalını planlaşdırır

Bugün, 11:45
News thumbnail
Bugün
son xeberler

Bakıda “Prius” piyadanı vurdu, sürücü öldü

Bugün, 11:44
News thumbnail
Bugün
cemiyyet

Uzun illərdən sonra efirə qayıdır

Bugün, 11:40
News thumbnail
Bugün
siyaset

"Sərbəst satış sertifikatı" "Rəqəmsal logistika platforması"na tam inteqrasiya edilib

Bugün, 11:39
News thumbnail
Bugün
huquq

Azərbaycanda cəza çəkən 5 əcnəbi əfv olunub

Bugün, 11:37
News thumbnail
siyaset

Milli Məclisdə dini abidələrin durumu mövzusunda ictimai müzakirə keçiriləcək

News thumbnail
siyaset

"Sərbəst satış sertifikatı" "Rəqəmsal logistika platforması"na tam inteqrasiya edilib