Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zo...--:--
News
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəy...--:--
News
Burak Yılmaz "Çorum"un baş məşqçisi olub--:--
News
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu i...--:--
News
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib--:--
News
Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zo...--:--
News
İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəy...--:--
News
Burak Yılmaz "Çorum"un baş məşqçisi olub--:--
News
Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu i...--:--
News
Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Prezident qəbul keçirdi

Bugün, 11:18
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Tacikistanın Baş naziri Koxir Rasulzodanı qəbul edib.

“Hüquqinfo.az” xəbər verir ki, Azərbaycanla Tacikistanın dost və qardaş ölkələr olduğunu deyən Prezident İlham Əliyev ikitərəfli əməkdaşlığın potensialının daha da inkişafı üçün yaxşı imkanların mövcudluğunu bildirdi, əlaqələrimizin genişləndirilməsində özünün Tacikistana, Tacikistan Prezidentinin isə Azərbaycana səfərlərinin, həmçinin müxtəlif səviyyələrdə digər qarşılıqlı səfərlərin əhəmiyyətinə toxundu.

Prezident İlham Əliyev Koxir Rasulzodanın ölkəmizə səfərinin gündəlikdə duran məsələlərin, o cümlədən nəqliyyat-logistika, qarşılıqlı iqtisadi fəaliyyət, ticarət dövriyyəsinin artırılması ilə bağlı müzakirələrin aparılmasına imkan yaratdığını dedi.

Qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirən Koxir Rasulzoda Tacikistan Prezidenti Emoməli Rəhmonun salamlarını və xoş arzularını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Tacikistan dövlətinin başçısına çatdırmağı xahiş etdi. Dövlətimizin başçısı Emoməli Rəhmonla Azərbaycanda və Tacikistanda, həmçinin beynəlxalq tədbirlər çərçivəsində görüşlərini və söhbətlərini məmnunluqla xatırladı.

Qonaq Tacikistanın Azərbaycanla dostluq və strateji tərəfdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini vurğulayaraq, hər iki ölkənin prezidentlərinin güclü siyasi iradəsi və etimada əsaslanan dialoq sayəsində əməkdaşlığımızın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu dedi. Baş nazir bu xüsusda Azərbaycan və Tacikistan prezidentlərinin 2024-cü ildə Bakıda imzaladıqları “Azərbaycan Respublikası ilə Tacikistan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə”ni xatırladı.

Koxir Rasulzoda əlaqələrimizin genişlənməsində Prezident İlham Əliyevin şəxsi töhfəsini vurğuladı.

Baş nazir Azərbaycanın “ASAN xidmət” modelinin əhəmiyyətinə toxunaraq, onun Tacikistanda tətbiqi ilə bağlı maraqlarını ifadə etdi.

Söhbət zamanı Tacikistan mallarının Orta Dəhliz vasitəsilə Azərbaycan ərazisindən tranzit keçməklə beynəlxalq bazarlara çıxarılması, metallurgiya, energetika, kənd təsərrüfatı sahələrində əməkdaşlıq məsələlərinə toxunuldu.

Xalqlarımızın tarixi əlaqələri vurğulanaraq ortaq kökləri bölüşdüyü qeyd olundu. Bu xüsusda mütəmadi əsasda qarşılıqlı mədəni-humanitar və idman tədbirlərinin keçirilməsinin vacibliyi bildirildi.

Tacikistanın Baş naziri Azərbaycan tərəfindən tacikistanlı tələbələr üçün ayrılan kvotalara görə təşəkkür etdi.

Azərbaycan və Tacikistanın böyük turizm potensialına malik olduğu vurğulanaraq, Bakı və Düşənbə arasında birbaşa aviareysin açılmasının əhəmiyyətinə toxunuldu, turizm və sərnişindaşıma sahəsində artım məmnunluqla qeyd olundu. Ölkələrimizin turizm imkanlarının təqdim olunması üçün müxtəlif tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər müzakirə olundu, ikitərəfli münasibətlərin perspektivləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

İlham Əliyev: "Qlobal iqtisadi münasibətlər sürətlə dəyişir"

News thumbnail
siyaset

Prezident II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu iştirakçılarına müraciət ünvanlayıb - YENİLƏNİB

News thumbnail
siyaset

Azərbaycan Prezidenti İrakli Kobaxidzeyə zəng edib

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

İlham Əliyev "Brookfield Asset Management" şirkətinin baş icraçı direktorunu qəbul edib

Bugün, 11:57
News thumbnail
Bugün
siyaset

Mikayıl Cabbarov Azərbaycan iqtisadiyyatının rolunda Prezident İlham Əliyevin vizyonu və islahatlara meylinin əhəmiyyətini vurğulayıb

Bugün, 11:55
News thumbnail
Bugün
siyaset

Özbəkistan Avropaya “yaşıl enerji”nin çatdırılması ilə bağlı Azərbaycanla birgə layihəni müzakirə edir

Bugün, 11:55
News thumbnail
Bugün
cemiyyet

Bakı-Sumqayıt yoluna sürətli çıxış üçün yeni avtobus zolağı təşkil edilib

Bugün, 11:54

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

“Hərbçilərin maaşının artırılmasına 550 milyon manat ayrılacaq”

Bugün, 11:54
News thumbnail
Bugün
iqtisadiyyat

Hərbçilərin əməkhaqqlarının artırılmasına 550 milyon manat ayrılacaq

Bugün, 11:54
News thumbnail
Bugün
son xeberler

"Euronews" rəhbəri: "Azərbaycan uğurlu inkişaf üçün bütün əsaslara malikdir"

Bugün, 11:53
News thumbnail
Bugün
iqtisadiyyat

Amulya Pallavi Kolla: "Formula 1" mənə bu yarışı tanımaq və təcrübə qazanmaq üçün əla fürsət oldu"

Bugün, 11:52
News thumbnail
Bugün
dunya

Bakıda dişini çəkdirən qadın dünyasını dəyişdi - Video

Bugün, 11:52
News thumbnail
Bugün
cemiyyet

“Tacikistan üçün ticarət əlaqələrinin inkişafı xüsusi əhəmiyyət daşıyır”

Bugün, 11:52
News thumbnail
siyaset

İlham Əliyev Kobaxidzeyə zəng etdi

News thumbnail
siyaset

Hər bir rütbə üzrə xidmətdə olmanın son yaş həddi... - Yenilik