Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Bakıda daha bir tədbir başladı--:--
News
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq--:--
News
Nazir müavini: "Rəqəmsal Üfüqlər" Proqramına gələn ayda...--:--
News
İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam ...--:--
News
Neft həftəni bu qiymətlə yekunlaşdırdı--:--
News
Bakıda daha bir tədbir başladı--:--
News
Türk Dünyası Bəstəkarlar Birliyi yaradılacaq--:--
News
Nazir müavini: "Rəqəmsal Üfüqlər" Proqramına gələn ayda...--:--
News
İranda İsrail üçün casusluqda ittiham edilən şəxs edam ...--:--
News
Neft həftəni bu qiymətlə yekunlaşdırdı--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

siyaset

Putin güzəştlərlə bağlı qeydi vərəqə yazdı, Uitkoff isə...

Bugün, 09:00
News thumbnail

Hüquqinfo.az bildirir ki,

Kiyev və Moskva ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoffun sülh danışıqlarına yanaşmasından və ümumilikdə bu danışıqların gedişatından məyusdurlar. Lakin Donald Tramp hələ də çoxdankı müttəfiqini danışıqlar prosesindən kənarlaşdırmağa hazır deyil.

Axar.az xəbər verir ki, bu barədə “Kiyev İndependent” danışıqların gedişatından xəbərdar olan şəxslərə istinadən yazıb.

“Sentyabrın əvvəlində Uitkoff və Trampın kürəkəni Cared Kuşner danışıqları yenidən bərpa etmək məqsədilə Rusiyaya və Ukraynaya səfər ediblər. Danışıqlar faktiki olaraq dalana dirənmişdi. Bu səfərlərdən sonra nəzərəçarpacaq irəliləyiş əldə olunmayıb. Paralel olaraq, Uitkoffun danışıqlar prosesindən kənarlaşdırılmasına yönəlmiş bir neçə təşəbbüs də formalaşmağa başlayıb.

Danışıqlarda iştirak edən ukraynalı rəsmilər bildirirlər ki, Vaşinqton az sayda yeni ideya təklif edir və Moskva üzərində təzyiqi artırmağa hazır olduğunu nümayiş etdirmir. Ukraynalı nümayəndələrdən biri Kiyevin müharibəni mümkün qədər tez başa çatdırmaqla bağlı Amerikanın çağırışlarına münasibətini emosional şəkildə ifadə edib”, - nəşr qeyd edib.

Nəşrin yazdığına görə, Kiyevdə Uitkoffa qarşı narazılıq onun fəaliyyətinin ilk mərhələlərində yaranıb. Ukraynalı rəsmilər onun müharibəni nə dərəcədə başa düşdüyünü və diplomatiyaya yanaşmasını şübhə altına alıblar. Uitkoffun Vladimir Putinlə münasibəti də əlavə suallar doğurub:

“Uitkoff Rusiya prezidenti ilə ən azı yeddi dəfə görüşüb. O, bu ayın əvvəlində bildirib ki, karyerasını başa vurduqdan sonra Kremldə keçirilən görüşləri həyatının ən gözəl və unudulmaz anlarından bəziləri kimi xatırlayacaq.

Gərginliyin digər səbəblərindən biri isə “3+2” formulu adlanan məsələ olub. Putin 2025-ci ilin aprelində keçirilən görüş zamanı müzakirə olunan ərazi güzəştləri ilə bağlı bu qeydi bir vərəq üzərində yazıb. Uitkoff həmin vərəqi özü ilə Vaşinqtona aparıb.

Daha sonra Uitkoff açıq şəkildə “beş ərazi” ilə bağlı mümkün razılaşmadan danışıb. Söhbət Donetsk, Luqansk, Zaporojye və Xerson vilayətlərinin işğal olunmuş hissələrindən, eləcə də Krımdan gedirdi”.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
siyaset

Nazir müavini: "Rəqəmsal Üfüqlər" Proqramına gələn aydan start veriləcək"

News thumbnail
siyaset

DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib

News thumbnail
siyaset

Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb

Populyar Xəbərlər

News thumbnail
Bugün
siyaset

DİN antiterror əməliyyatında iştirakı ilə bağlı paylaşım edib

Bugün, 09:47
News thumbnail
Bugün
huquq

Qardaş ölkədə terror: ölənlərin sayı 31-ə çatdı

Bugün, 09:46
News thumbnail
Bugün
huquq

Həbsdə ölən sabiq icra başçısının binası

Bugün, 09:43
News thumbnail
Bugün
cemiyyet

Qaxda iki maşın toqquşdu: 4 nəfər... - Foto

Bugün, 09:36

Həftənin Xəbərləri

News thumbnail
Bugün
iqtisadiyyat

Çində "Meituan" və "Alibaba" şirkətlərinin bölmələri ilə bağlı araşdırma başlayıb

Bugün, 09:35
News thumbnail
Bugün
idman

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri Çexiya və İngiltərə ilə üz-üzə gələcək

Bugün, 09:24
News thumbnail
Bugün
siyaset

Azərbaycan duz istehsalını 18 %-ə yaxın artırıb

Bugün, 09:19
News thumbnail
Bugün
dunya

ABŞ-ın silah-sursatı bitdi: Müttəfiqlər 5 il gözləməli olacaq

Bugün, 09:17
News thumbnail
Bugün
dunya

“21-ci əsrdə bu şəraitdə oxuyuruq”

Bugün, 09:15
News thumbnail
Bugün
idman

“Turan Tovuz” “Zirə”yə, “Sabah” “İmişli”yə qarşı

Bugün, 09:09
News thumbnail
siyaset

Qırğızıstan Prezidentinin ABŞ-yə səfəri başlayıb

News thumbnail
siyaset

İsveçdə hökuməti qurmaq vəzifəsi Anderssona tapşırılıb