










Hüquqinfo.az bildirir ki,
Rusiya Prezidenti Vladimir Putin ÇXR Sədri Si Cinpinlə ABŞ Prezidenti Donald Trampın Vaşinqtondakı görüşünə qısqanclıqla yanaşmadığını bildirib.
“Hüquqinfo.az” TASS-a istinadən xəbər verir ki, Rusiya dövlət başçısı bu cür hisslərin beynəlxalq münasibətlərdə yersiz olduğunu vurğulayıb.
“Qısqanclıq tamamilə başqa sahəyə – kişi və qadın arasındakı münasibətlərə aid anlayışdır. Beynəlxalq siyasətdə bu kimi kateqoriyalardan istifadə olunmur”, – deyə Putin jurnalistlərin sualını cavablandırarkən qeyd edib.
Xatırladaq ki, sentyabrın 25-də Çin liderinin Vaşinqton səfəri çərçivəsində Donald Trampla görüşü baş tutub. ABŞ prezidenti qonağı şəxsən təyyarənin yanında qarşılayıb, ona ağbaş qartal heykəli hədiyyə edib, “Şöhrət xiyabanı”nda Co Baydenin portreti yerinə qoyulan avtomatik qələmi fotosunu nümayiş etdirib və rəsmi şam yeməyi təşkil edib.






