
Hüquqinfo.az bildirir ki,
Prezident Administrasiyasının keçmiş rəhbəri Ramiz Mehdiyevin kürəkəni, sabiq deputat İlham Əliyev və onunla əlaqəli şəxslərlə bağlı daha bir məsələ məhkəmə müstəvisinə keçib.
Gəncədə fəaliyyət göstərən Yeni Gəncə Tibb Mərkəzinin aid olduğu “İntermedservis” MMC-nin təsisçisi və direktoru Nərminə Səfərova “Qafqazinfo”ya müraciət edərək bildirib ki, sahibi olduğu mülkiyyət zorla əlindən alınıb.
Sahibkar iddia edib ki, 9 il əvvəl ailəsinin yaratdığı klinika faktiki olaraq zorla onların nəzarətindən çıxarılıb, müəssisənin əsas yaradıcısı olan həyat yoldaşı Samir Allahverdiyev idarəetmədən uzaqlaşdırılıb, özü isə payçı kimi şirkətin fəaliyyəti və maliyyə vəziyyəti barədə məlumat almaq imkanından məhrum edilib:
“2017-ci ilin aprelində İlham Əliyev “qoçuları” ilə klinikaya gəldi, direktor otağının qıfılını qırılıb Samir Allahverdiyeiv müəssisədən uzaqlaşdırıblar. Bundan sonra biz 2025-ci ilin noyabrınadək klinikanın real idarəçiliyindən kənarda saxlanıldıq. Biz uzun illər öz hüquqlarmızı bərpa edə bilmədik. əlbəttə bu İlham Əliyevin qayınatası Ramiz Mehdiyevin malik olduğu siyasi və inzibati nüfuzun mümkün təsiri ilə oldu”.
Nərminə Səfərovanın bildirdiyinə görə, vəziyyət 2025-ci ilin noyabrında dəyişib: “Təxminən səkkiz ildən sonra mən yenidən klinikaya dəvət olunub və müəssisənin idarəçiliyi faktiki olaraq bizə geri qaytarıldı. Lakin bu zaman biz ağır vəziyyətə düşmüş müəssisə ilə qarşılaşdıq. Əvvəlki idarəçilik dövründən klinikaya 600 min manatdan artıq borc, 100 minlərlə həcmdə vergi öhdəlikləri və ciddi maddi-texniki problemlər qalıb. Bununla belə klinikanı yenidən ayağa qaldırmağa, tibbi xidmətin keyfiyyətini yüksəltməyə, əmək münasibətlərini tam rəsmiləşdirməyə və normal sahibkarlıq fəaliyyəti göstərərək dövlət qarşısında vergi öhdəliklərini yerinə yetirməyə çalışırıq. Buna baxmayaraq əvvəlki illərdə yaranmış borc və öhdəliklərin müəssisənin normal fəaliyyətinə ciddi maneə yaratmaqdadır.
Şikayətçi bildirib ki, milyonlarla manat dəyərində maddi-mənəvi ziyan vurulub. klinikanı geri aldıqdan sonra orada lisenziyalı audit şirkəti tərəfindən yoxlama aparılıb: “Bizə bu müddətdə 3.8 milyon manatdan artıq divident ödənilməyib. Həmçinin işçilərə və digər tərəfdaşlara 600 min manata yaxın borc yığılıb. Klinikanın avadanlıqlarına baxım olmadığı üçün bir çox əhəmiyyətli cihazlra yararsız hala düşüb və ya oğurlanıb. Yığılmış vergi borcu isə yarım milyon həddindədir. Bina da bu müddətdə baxımsız qalıb, tamamilə amortizasiya olub, nəqliyyat vasitələri sıradan çıxıb. Maddi-texniki bazayə vurulmuş zərər də təxminən milyon yarım zərər vurulub. Audit zamanı 2023–2025-ci illərlə bağlı yüz minlərlə manatlıq şübhəli elektron qaimələr, nağdlaşdırma əməliyyatları və böyük həcmdə silinmiş xidmətlərə dair faktlar müəyyən edildi. Biz auditin nəticələrini və digər sənədlərin aidiyyəti dövlət və hüquq-mühafizə orqanlarına təqdim etməyi düşünürük. Bütün bu hallara hüquqi qiymət verilməlidir. Eyni zamanda artıq başlamaqda olan məhkəmə proseslərində məni faktiki olaraq payımdan məhrum edən digər 3 payçı – Əliyev İlham Əli Səftər oğlu, Sadıqov Fərid Akif oğlu və Əliyev Səftər Fikrət oğlu da cavab verməli olacaq. Onlar tərəfindən müəssisədəki payımdan necə məhrum edildiyimi, müəssisənin həmin illərdə necə idarə edildiyini və yüz minlərlə manatlıq borcların hansı şəraitdə yarandığı məsələləri bir-bir qaldırılacaq. Məhkəmə və digər hüquqi proseslər irəlilədikcə, indiyədək ictimaiyyətə məlum olmayan sənədlər və faktlar da mərhələli şəkildə açıqlayacağıq”.









