
Hüquqinfo.az bildirir ki,
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 81-ci Baş Assambleyasında iştirakı zamanı "Türk Evi"ndə Vyetnam Prezidenti To Lam ilə görüşüb.
"Hüquqinfo.az" xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi məlumat yayıb.
Görüş zamanı Türkiyə-Vyetnam ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyənin iki ölkə arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi təklifinə Vyetnamın müsbət cavab verməsindən məmnunluğunu ifadə edib.
O, Türkiyənin Vyetnamla investisiya, ticarət və müdafiə sənayesi başda olmaqla, bir sıra sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində çalışdığını bildirib.
Türkiyə Prezidenti iki ölkənin beynəlxalq müstəvidə də birgə fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb.
Görüşdə Ərdoğan Vyetnam Prezidenti seçilməsi münasibətilə To Lamı təbrik edib və onu Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 31-ci Tərəflər Konfransının (COP31) Liderlər Sammitinə dəvət edib.










