Hüquqinfo
Bizi Sosial Şəbəkələrdəİzləməyi Unutmayın:
Hüquqinfo.azBaş Redaktor: Valeh Rufullayev
Əlaqə
Ana səhifəSon XəbərlərSiyasətİqtisadiyyatCəmiyyətDünyaHüquqİdmanXidmətlər
News
Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur--:--
News
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb--:--
News
600 nəfərlik kənd ayrılmaq üçün referendum keçirəcək--:--
News
Reuters: Trampın iştirakı ilə Qrenlandiyaya dair saziş ...--:--
News
Türkiyədə silahlı atışma: ölənlər var--:--
News
Akif Çağatay Kılıç: Türkiyə güclü regional aktordur--:--
News
ABŞ-nin yeddi hava limanında uçuşlar dayandırılıb--:--
News
600 nəfərlik kənd ayrılmaq üçün referendum keçirəcək--:--
News
Reuters: Trampın iştirakı ilə Qrenlandiyaya dair saziş ...--:--
News
Türkiyədə silahlı atışma: ölənlər var--:--
Hüquqinfo
Hüquqinfo.az

Azərbaycanın etibarlı hüquq və xəbər portalı. Gündəlik ən son hadisələrdən, hüquqi qərarlardan və qanunvericilikdəki dəyişikliklərdən ilk siz xəbərdar olun.

Faydalı Linklər

  • Hüquqi Xidmətlər
  • Məxfilik Siyasəti
  • İstifadə Qaydaları
  • Müəllif Hüquqları

Bizimlə Əlaqə

  • Bakı şəhəri, Səbayıl rayonu,
    Əbdülkərim Əlizadə küç., 26
  • +994 50 264 89 88
  • valehpress@gmail.com
  • Əlaqə Formu
© 2026 Hüquqinfo.az. Təsisçi və Baş redaktor: Valeh Rufullayev. Bütün hüquqlar qorunur.

Saytdakı materiallardan istifadə edərkən istinad mütləqdir.

iqtisadiyyat

"Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib

Bugün, 22:19
News thumbnail

Hüquqinfo.az bildirir ki,

"Gülüstan" sarayında "Əsrin müqaviləsi"nin 32-ci ildönümü və Neftçilər Günü münasibətilə tədbir keçirilib.

Tədbirdə dövlət rəsmiləri, yerli və xarici şirkətlərin rəhbərləri, neftçilər, media və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə SOCAR və ".ART Zone" incəsənət platformasının birgə həyata keçirdiyi "SOCART" layihəsi çərçivəsində Azərbaycanın tanınmış rəssam və fotoqraflarının Neft Daşlarına həsr etdikləri rəsm və fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə şərəfli neftçi peşəsinə həsr olunmuş videoçarx nümayiş etdirilib.

Mərasimdə çıxış edən energetika naziri Pərviz Şahbazov Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin XX əsrdə Azərbaycanın enerji tarixində ilk uzunmüddətli beynəlxalq neft sazişi olmaqla ölkənin yeni neft strategiyasının təməlini qoyduğunu bildirib. "Prezident İlham Əliyevin həmin strateji kursu yeni dövrün reallıqlarına uyğun davam etdirməsi nəticəsində isə "Əsrin müqaviləsi" 2050-ci ilədək uzadıldı, Azəri-Mərkəzi-Şərqi və AÇG-nin sərbəst qaz layihələri ilə yeni inkişaf mərhələsinə qədəm qoydu. Beləliklə, 1994-cü ildə verilmiş tarixi qərarın miqyası bir müqavilənin müddətini də, bir əsrin sərhədlərini də aşdı. AÇG XX əsrdə Azərbaycanın yeni neft tarixini başladan, XXI əsrdə isə yeni layihələr və yeni enerji imkanları ilə inkişafını davam etdirən, iki əsri əhatə edən mühüm strateji enerji layihələrindən birinə çevrildi", - nazir diqqətə çatdırıb.

Ulu Öndərin müəyyənləşdirdiyi enerji strategiyasının Azərbaycanın dayanıqlı inkişafındakı rolundan bəhs edən SOCAR-ın prezidenti Rövşən Nəcəf enerji resurslarından əldə edilən gəlirlərin məqsədyönlü şəkildə ölkənin sosial-iqtisadi inkişafına yönəldilməsinin iqtisadiyyatın şaxələndirilməsinə, müasir infrastrukturun, yeni istehsalat sahələrinin yaradılmasına və rəqabətli insan kapitalının formalaşdırılmasına möhkəm zəmin yaratdığını qeyd edib.

R. Nəcəf çıxışında Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən yeni enerji strategiyasına uyğun olaraq SOCAR-ın beynəlxalq enerji şirkəti kimi mövqeyinin daha da gücləndirilməsi, fəaliyyət coğrafiyasının genişləndirilməsi və investisiya portfelinin şaxələndirilməsi istiqamətində görülən işlərdən bəhs edib. SOCAR prezidenti cari ildə "Italiana Petroli" şirkətinin səhmlərinin "API Holding"dən alınması, eləcə də "Baleine" layihəsi üzrə iştirak payının əldə olunması proseslərinin uğurla tamamlandığını deyib. SOCAR prezidenti, həmçinin Özbəkistanın "Üstyurt" investisiya bloklarının kəşfiyyatı, işlənməsi və hasilatı üzrə Pay Bölgüsü Sazişi çərçivəsində genişmiqyaslı seysmik kəşfiyyat və qazma işlərinə başlanıldığını, habelə Özbəkistanda SOCAR brendi altında beş yeni yanacaqdoldurma məntəqəsinin təməlinin qoyulduğunu diqqətə çatdırıb.

bp-nin Xəzər, Mərkəzi Asiya və Türkiyə regionu üzrə regional prezidenti Cio Kristofoli çıxış edərək tədbir iştirakçılarını Dövlət Suverenliyi Günü və Neftçilər Günü münasibətilə təbrik edib, bp-nin əməliyyatçısı olduğu nəhəng Azəri-Çıraq-Günəşli və Şahdəniz layihələrinin Azərbaycanın aparıcı enerji mərkəzi kimi mövqeyinin möhkəmlənməsində oynadığı rolu vurğulayıb. O, bu layihələrin təhlükəsiz və uğurlu icrasında əməyi olan bütün neftçilərə, eləcə də Azərbaycan hökumətinə, SOCAR-a və bütün tərəfdaşlara öz təşəkkürünü bildirib.

Çıxışlardan sonra veteran neftçi Eldar Mehdiyev neftçilərin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciətini oxuyub.

Daha sonra "Açıqcalarda yazılan talelər" sənədli filminin tanıtım videoçarxı nümayiş olunub.

Bizi Sosial Şəbəkələrdə İzləyin

Ən son xəbərlərdən anında xəbərdar olun.

Bu Kateqoriyada Digər Xəbərlər

News thumbnail
iqtisadiyyat

Ceyhun Bayramov dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında iştirak edib

News thumbnail
iqtisadiyyat

“Biz onda “Qarabağ”ı belə qəbul etməmişdik”

News thumbnail
iqtisadiyyat

Qazaxıstanda güclü yanğın: 226 insan, 2 helikopter...

Populyar Xəbərlər

News thumbnail
Bugün
son xeberler

Salyanda kişini maşın vurdu

Bugün, 22:45
News thumbnail
Bugün
dunya

ABŞ Çindən nadir torpaq metallarının tədarükünü artırmağı istəyir

Bugün, 22:35
News thumbnail
Bugün
huquq

"Real" - "Atletiko" oyununun baş hakimi səhvlərinə görə cəzalandırılacaq

Bugün, 22:29
News thumbnail
Bugün
cemiyyet

Salyanda avtomobil piyadanı vuraraq öldürüb

Bugün, 22:27

Həftənin Xəbərləri

News thumbnail
Bugün
cemiyyet

Bakıda təmir edilən yol yenidən çökdü

Bugün, 22:25
News thumbnail
Bugün
siyaset

Ərdoğan vyetnamlı həmkarı ilə regional və qlobal məsələləri müzakirə edib

Bugün, 22:24
News thumbnail
Bugün
siyaset

Makron yanacaq qiymətlərini aşağı salmaq üçün Aİ normalarının yumşaldılmasını təklif edib

Bugün, 22:21
News thumbnail
Bugün
dunya

ABŞ-dan İrana daha bir pis xəbər

Bugün, 22:18
News thumbnail
Bugün
siyaset

Həsənoğlunun səhhətində problem yarandı, əməliyyat olundu

Bugün, 22:09
News thumbnail
Bugün
dunya

Vens: Ukrayna münaqişəsi nizamlanması ən çətin olan beynəlxalq münaqişədir

Bugün, 22:07
News thumbnail
iqtisadiyyat

Macarıstan Ukrayna üçün neft məhsulları anbarının tikintisinə icazə verməyəcək

News thumbnail
iqtisadiyyat

“Bütün İran aviaşirkətləri sabah fəaliyyətlərini dayandıracaq”